DƏYƏRINDƏN ÇOX AŞAĞI QIYMƏT SATILIR!
Novxanı möhtəşəm mənzərəli yerdə modern stildə tikilmiş villa.
- Ev tam təmirlidir, yalnız dizayna görə mebeller yığılmalıdır alan şəxs tərəfindən.
- 11 sot, ev və torpağın çıxarışı var
- 3 mərtəbə + zirzəmi, 375 m2 + 30 m2 evə birləşmiş qış bağı.
- monolit beton, evin fasad divarları 40 sm qalınlığı olan Gobuston daşları ilə hörülüb. Yayda və qışda evin temperaturunu qoruyur.
- Evin panoramik pencereleri var. Birinci mərtəbədə 9 metr uzunluğunda panoramik pəncərələr. Mətbəx ilə qış bağı arasında sürgülü panoramik pəncərə sistemi qurulub.
- evin damı termo izolyasiya olunub
- hər mərtəbənin damını istifadə etmək olur teras olaraq. 3 cu mərtəbənin damına əlavə olaraq su və kanalizasiya xətti çəkilib.
- butun evin isitmə sistemi yerdən isitmədir. İki ayrı kombi xidmət göstərir evə
- su təmizləyici və yumşaldıcı filter sistemi var
- smart (ağıllı) hirdofor qurulub. Evin istənilən mərtəbəsində suyun istifadəsi zamanı təzyiqin düşməsi problemi olmur
- 3 fazli elektrik xətti bağlanıb evə
- 3 fazli bahalı stabilizator var. Hər ehtimal üçün həyətə gələcəkdə quraşdırmaq üçün generatora göre elektrik xətti artıq çəkilib.
- evin bütün ətrafını nəzarətdə saxlamaq üçün təhlükəsiz kameraları quraşdırılıb (8 ədəd kamera) + bir ədəd evin içində birinci mərtəbə girişi və mətbəxi nəzarət kamerası
- Evin təmirində yüksək keyfiyyətli bahalı materiallardan istifadə olunub
- evdə bahalı L formalı kamin var
- mərkəzi havalandırma və mərkəzi kondisioner var
- maqnit trek sistem işıqlandırma var tavanda
- her mertebede ayrıca sanitar qovşağı var (hamam, duş, vanna) - butun aksessuarlar qurulub artıq
- evdə camaşırxana otağı var birinci mərtəbədə
- heyətdə 2 maşın yerləşən qarajı var. Bundan başqa əlavə 2 maşın yerləşəcək qeder heyətdə qarajın önünde və küçədə evin özünə aid 3 maşın yerləşəcək qədər yer var.
- qarajın altında 2 ədəd 15 tonluq su çəni var
- bundan elave 7 tonluq həyəti suvarma ucun çən var (evin damından yığılan yağış suları da bu çənə dola bilir)
- 10m uzunluğu x 2.5 metr enində üzmək üçün qızdırılan hovuz var. Mart ayından Noyabrın sonuna qədər rahat şəkildə istifadə edə bilərsiz. Bunun qızdırılması ucun ayrıca ekonom kombi sistemi ve 60 tonluq esenjor (heat exchanger) qoyulub
- heyətdə bahalı ağaclar və yaşıllıqlar var (10 ədəd pavloniya, evkalipt, bir neçə növ şam ağacları, üzüm, ərik, zeytun, əzgil, feyxoa, mimoza, bir nece növ əncir, 5-6 növ sarmaşıq ve əlavə olaraq visteriya. Bundan əlavə qış bağında limon, mandarin, kinkan, greyfrut, guava, begonvil agaclari var.
- həyətin avtomatik suvarma sistemi var.
Evin şəkilləri çoxdur. Maraqlı olsa watsapda göndərərəm.
Bu qiymətə, bu keyfiyyətdə evi nə özünüz tikə bilərsiniz nə də almaq mümkündür!
Mənzil ilə barter mümkündür. Təklif olunan mənzilin dəyəri və yerinə görə qiymətləndirilir.