Salam.
Mənzilin sahibi özüməm, vasitəçi deyiləm.
Mənzil Port Baku, Port Baku Walk və 8 Noyabr Parkının yaxınlığında, Afiyəddin Cəlilov küçəsinə baxan ərazidə yerləşir.
Klassik stalinka layihəli, 65 m² sahəsi olan 2 otaqlı mənzildir.
Mənzilə baxalı təmir olunub və həm yaşayış, həm də investisiya üçün çox əlverişlidir.
Mənzilin üstünlükləri:
• 2 otaq, 65 m², 4-cü mərtəbə (4/4)
• Balkon və ayrıca qarderob otağı
• Bütün mebel işləri təbii qoz ağacından hazırlanıb
• Kombi istilik sistemi
• Su ehtiyatı üçün damda 2 tonluq çən
• Giriş qapısının üzərində kamera
• Şlaqbaumla qorunan geniş həyət
• Çardaq dam, gələcəkdə mansard yaratmaq imkanı
• Sakit və mədəni qonşular
Bulvara təxminən 5 dəqiqə, şəhər mərkəzinə isə 10 dəqiqəlik məsafədədir.
Mənzildə uzunmüddətli kirayəçi yaşayır, aylıq 900 AZN.
Maraqlanan şəxslər mənimlə birbaşa əlaqə saxlaya bilərlər.
© Teymur · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.