Xırdalan şəhərinin tam mərkəzində təcili mənzil satılır!
Xırdalan şəhərinin ən gözəl yaşayış komplekslərindən birində, Heydər Əliyev prospekti üzərində, Təzə Bazar və Köhnə Bazarın yaxınlığında yerləşən, 51 kvadratmetr sahəyə malik, 2 otaqlı, əla təmirli və tam əşyalı mənzil təcili satılır.
Mənzil yeni tikili, 16 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Qaz, su və işıq daimidir. Mənzilin istilik sistemi kombidir.
Binada iki səliqəli və sürətli lift var. Bloklar səliqəli, bina yaşayışlıdır. Həmçinin, həyətətrafı sahə və yeraltı avtomobil dayanacağı mövcuddur.
Binada 24/7 müşahidə kameraları və mühafizə sistemi fəaliyyət göstərir.
Kompleksin ətrafında rus və Azərbaycan bölmələri üzrə məktəblər və uşaq bağçaları yerləşir. Bütün avtobuslar binanın önündən keçir. Avtobus dayanacağına cəmi 3 dəqiqəlik məsafə var.
Bir sözlə, Xırdalan şəhərinin tam mərkəzində, əlverişli yerləşməsi, əla təmiri və tam əşyalı vəziyyəti ilə seçilən mənzildir.
Mənzili əldə etmək istəyənlər əlaqə saxlaya bilərlər!
© Cəlal · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.