EKSKLÜZİV TƏKLİF! NƏRİMANOVDA, İTALYAN PARKININ QARŞISINDA KUPÇALI, TAM ƏŞYALI MƏNZİL SATILIR!
Nərimanov rayonunda, Təbriz küçəsində, “Su Sonası” şadlıq sarayının yaxınlığında, yeni salınmış İtalyan Dostluq Parkının tam qarşısında yerləşən yeni tikili binada mənzil satışa təqdim olunur.
Mənzil 18 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Ümumi sahəsi 55 kv.m olan mənzil 2 otağa düzəldilib və yüksək keyfiyyətli materiallardan istifadə edilməklə avro təmir olunub. Geniş qonaq otağı, rahat yataq otağı və funksional mətbəxdən ibarətdir. Hündür tavanları və geniş balkonu mənzilə əlavə komfort bəxş edir. Balkondan park, stadion və şəhər mənzərəsinə açılan panoram görünüş mövcuddur.
Mənzil tam əşyalı və məişət texnikası ilə birlikdə satılır. Mətbəx mebeli, televizor, kondisioner, paltaryuyan maşın, soyuducu və digər zəruri avadanlıqlar mənzildə qalır. Mənzil yaşayış üçün tam hazırdır və əlavə xərc tələb etmir.
Binada təbii qaz, su və işıq daimidir. Sürətli liftlər, avtomobil parkinqi, domofon və videomüşahidə sistemi mövcuddur. Həyət səliqəli və abad vəziyyətdədir.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz . Ofis xidmət haqqı alıcı tərəfdən 1% təşkil edir
© Əli Bəy · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.