Yeni Masazır yaşayış kompleksi – 2 otaqlı təmirli mənzil, bütün əşyaları ilə satılır
Yeni Masazır yaşayış kompleksində, 11-ci mərtəbədə (mansard deyil) 2 otaqdan düzəlmə, təmirli mənzil. Mənzil yaşamaq üçün tam hazırdır. Bütün əşyalar qalır, sadəcə köçüb yaşamaq mümkündür.
Təmir və şərait:
Döşəmə təbii parketdir
Tavanlar asma (gips) tavandır, spot işıqlandırma və çilçıraqlar var
Fərdi kombi istilik sistemi və bütün otaqlarda radiatorlar var
Balkon şüşəbəndlidir, asma paltar quruducusu var
İnternet çəkilib
Qalan əşyalar:
Qonaq otağında yeni divan, yeni televizor, yeni kondisioner, TV stendi, 6 stullu yemək masası, xalça və pərdələr.
Yataq otağında iki nəfərlik çarpayı, güzgülü sürüşən qapılı dolab, güzgülü termo, 3 mərtəbəli içi geniş şkaf, 2 ədəd tumba.
Mətbəxdə künc mətbəx mebeli, Bosch soyuducu, yeni LG qabyuyan maşın, qaz plitəsi, aspirator və mikrodalğalı soba.
Hamam aksesuarları.
Dəhlizdə tavana qədər 5 mərtəbə geniş daxili dolab və ayaqqabı dolabı.
Balkonda paltaryuyan maşın
Bina və təhlükəsizlik:
Binada 2 böyük lift var
7/24 mühafizə xidməti fəaliyyət göstərir
Həyət və giriş müşahidə kameraları ilə izlənilir
Parkinq var
Yerləşmə və infrastruktur:
Magistral yolun düz yanındadır, nəqliyyatla gediş-gəliş rahatdır
Havası təmiz və açıqdır.
Mənzil binanın həyətinə baxır.
Yaxınlıqda məktəb və bağça var
Binanın həyətində 2 market və aptek var
Böyük Masazır Mall binanın altındadır
Ailə üçün ideal, təhlükəsiz, təmiz və səliqəli mənzildir. Əlavə məlumat və baxış üçün zəng edin.
© Vasif · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.