Masazırın girişində Masazır dairəsinə 5 dəqiqəlik piyada məsafədə yerləşən təmiri yaxşı vəziyyətdə olan mənzil satılır. Mənzilin kupçası və texniki pasportu var. 12 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Mənzil daimi qaz, su, işıq, internet, ev telefonu, damafon və ehtiyat su çəni ilə təchiz edilib. Yaxınlığında bütün növ iaşə obyektləri, market, aptek, alış-veriş dükanları, 7 dəqiqəlik piyada məsafədə 11 nömrəli məktəb, dövlət baxçası vardır. Binanın 1-ci mərtəbəsində özəl baxça da fəaliyyət göstərir, hər blok 2 liftlidir, 24 saat mühafizə olunur, uşaqların oynaması və maşın saxlamaq üçün geniş həyətə malikdir. Bina çox yaxşı kontingentə malikdir.
Mənzil dəhliz, ayrıca qonaq otağı, yataq otağı, mətbəx, hamam, sanitar qovşağı və balkondan ibarətdir. Soyuducu, paltaryuyan da daxil olmaqla bütün mebel əşyaları ilə birgə satılır. Hər iki otağın kondisioneri var.
© Həsən · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.