Yeni Yasamalda kupçalı, kombili, 2 otaqlı yeni tikili mənzil satılır
Mənzil sahibi tərəfindən satılır. Maklerlər xahiş olunur narahat etməsin.
Yeni Yasamal qəsəbəsi, Məhəmməd Xiyabani küçəsi ünvanında yerləşən yeni tikili binada sahəsi 67 m² olan rahat və işıqlı mənzil satılır.
Mənzil 16 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. Əvvəl 1 otaqlı olub, funksional şəkildə 2 otaqlı mənzilə çevrilib. Planlaşdırma çox rahatdır:
✅ ayrıca yataq otağı
✅ geniş qonaq otağı
✅ ailə üçün əlverişli planlama
Mənzildə keyfiyyətli təmir olunub, əlavə xərc tələb etmir. Əşyaların bir hissəsi yeni sahibinə qalacaq.
Üstünlükləri:
✔️ Çıxarış (kupça) var
✔️ Qaz var
✔️ Fərdi kombi sistemi mövcuddur
✔️ 9-cu mərtəbə (ideal mərtəbə)
✔️ Açıq və gözəl panoram görünüş
✔️ Hamam otağında isti döşəmə sistemi
✔️ Ehtiyat su çəni quraşdırılıb
✔️ Balkonda əlavə saxlama otağı (kladovka) var
✔️ Səliqəli və baxımlı mənzil
İnfrastruktur:
Mənzilin yaxınlığında:
* məktəblər
* poliklinika
* marketlər
* McDonald’s və KFC
* digər gündəlik tələbat obyektləri yerləşir.
Binanın hər iki tərəfində avtobus dayanacağı var. Yaxınlıqdan aşağıdakı marşrutlar keçir:
39, 17, 7B, 77, 211, 194
Sakit və əlverişli ərazidə yerləşən, ailə üçün tam hazır mənzildir.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
Xahiş olunur yalnız real alıcılar əlaqə saxlasın. Maklerlər narahat etməsin.
⸻
© binatap.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.