İpotekaya yararlı!
Şəhərin mərkəzi yerlərindən olan Elmlər Akademiyası m/st və universitetlərin yaxınlığında, Zahid Xəlilovda elit ərazidə, prestijli kompleks Renessans Palasda super təmirli, şəxsi yaşayış üçün, keyfiyyətli və bahalı təmir edilmiş sahəsi 68 kv.m olan 2 otaqlı studio mənzil satılır.
Mənzildə təmirdən sonra yaşayış olmayıb. Mənzil əşyalarıyla birlikdə satılır. Sənədi çıxarışdır. Təmiri sıfırdan video çəkiliş edilib, real alıcıya təqdim edilə bilər.
Kompleks yüksək standartlar əsasında tikilmiş, sakinlərin rahatlığı və təhlükəsizliyi üçün hər bir detal incəliklə nəzərə alınmışdır. Kompleksdə mərkəzi istilik sistemi, geniş rahat və təhlükəsiz həyət , mərmər örtüklü blokları hündürlüyü 3.30-5.00 metr olan və 1551 avtomobil üçün nəzərdə tutulmuş 3 mərtəbə yetaltı avtoparking ( 1 mərtəbəsi qonaqlar üçün Azparking) 3 səssiz sürətli SİGMA liftləri, 24 saat mühafizə sistemi müşahidə kameraları, binaların texniki nəzarəti həyətində müasir uşaq meydançası, tennis kortu, basketbol meydançası qaçış və velosiped zolaqları vardır. Birinci mərtəbəsində supermarket, restoranlar və obyektlər nəzərdə tutulub. Kompleks parka, mərkəzi yola , avtobus dayanacağına, metroya prospektə yaxın məsafədə yerləşir.
Yaxınlığında Hüseyn Cavid, Musabəyov və Yasamal parkları yerləşir, Gənc İstedadlar Liseyi, Fizika Riyaziyyat Təmayüllü Lisey, Avropa Azərbaycan məktəbi və Zərifə Əliyeva adlna lisey 2-3 dəqiqəlik piyada məsafəsindədir. Ətrafında Almaz Park, Şokolad Towers, Mirvari Park və digər elit komplekslər yerləşir.
© Elan sahibi. · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.