Xanlar küçəsində yerləşən Panorama Bayıl yaşayış kompleksində Dəniz mənzərəli 2 otaqlı, əla təmirli, tam əşyalı mənzil satışa təqdim olunur
Elit zonadır — Dənizkənarı Bulvarın, Dövlət Bayrağı Meydanının, Baku Crystal Hall-un həmçinin Mangal Steak House, Günaydın restoranı və FOMO klubunun cəmi bir neçə dəqiqəlik piyada addımlığında, İçərişəhər metrosuna avtomobillə 5–7 dəqiqəlik məsafədə yerləşir.
Təmirdə xüsusi keyfiyyətli materiallardan istifadə olunub. İtalyan maqnit qapıları, döşəməyə quraşdırılmış xüsusi örtüklər, təbii bambuk döşəmə, giriş təhlükəsizlik kamerası quraşdırılmışdır. Dəhliz, mətbəx və S/Q otağı döşəməaltı istilik (isti döşəmə) ilə təmin edilmişdir.
Mənzildə qabyuyan maşın, soyuducu, paltaryuyan-qurutma maşını kombinasiyası, iki Smart TV və iki kondisioner daxil olmaqla bütün premium məişət texnikaları mövcuddur. Mənzilin eyvanından (balkonundan) Dövlət Bayrağı Meydanına və dənizə möhtəşəm panorama açılır. Bütün kommunal xidmətlər — qaz, su və elektrik enerjisi fasiləsiz istifadədədir. Şəhərin mərkəzində həm elit yaşayış, həm də yüksək gəlirli investisiya axtaranlar üçün mükəmməl təklifdir.
Sənəd: Rəsmi İlkin Çıxarış (MTK müqaviləsi deyil, mənzil Dövlət Reyestrində birbaşa mülkiyyətçinin adına rəsmi qeydiyyatdadır, alqı-satqıya tam hazırdır).
Göstərilən vasitəçilik xidməti müqabilində agentlik komissiyası, alıcı tərəfindən satış məbləğinin 1%-ni təşkil edir.
© Emin Ə. · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.