Qusarın füsunkar təbiəti ilə əhatələnmiş Rifah Residence, rahatlıq, təhlükəsizlik və estetik yaşamı bir araya gətirən müasir yaşayış kompleksidir. Sakit mühiti və möhtəşəm mənzərələri sakinlərinə hər gün xüsusi hisslər yaşadır.
Kompleks müasir memarlıq konsepsiyasına uyğun inşa olunub və ailələrin bütün ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub. Geniş mənzillər, yaşıllıqla əhatə olunmuş həyət, uşaqlar üçün əyləncə zonaları və istirahət məkanları burada həyatın keyfiyyətini artırır.
Mənzillərin panoramik pəncərələrindən açılan dağ və çay mənzərəsi, təmiz hava və sakit atmosfer gündəlik həyatınıza rahatlıq qatır. Burada hər səhər təbiətin gözəlliyi ilə başlayır, hər axşam isə sakitlik və huzurla tamamlanır.
2 otaqlı (mətbəxtli): Geniş mətbəx - qonaq otağı: Ailənizlə vaxt keçirmək və qonaqları qarşılamaq üçün nəzərdə tutulmuş işıqlı və açıq məkan. Rahat yataq otağı: Tam izolyasiya olunmuş otaqlar sizə sakitlik və şəxsi məkan toxunulmazlığı təmin edir.
Eyvan: Mənzilin iki geniş eyvanı kompleksin abadlaşdırılmış həyətinə baxır və sakinlərə sakit,rahat atmosfer təqdim edir.
Funksionallıq: Erqonomik koridor və geniş sanitar qovşağı sayəsində hər kvadratmetr faydalı şəkildə istifadə olunub.
Mənzərə və Atmosfer:
Panoramik pəncərələr mənzili gün boyu təbii işıqla təmin edir.
Niyə bu mənzili seçməli?
82.3 kv.m sahə 2 otaqlı mənzil üçün çox uğurla planlanıb. Ayrı mətbəxt, iki eyvan və geniş otaqlar sayəsində sahənin hər kvadratmetri səmərəli istifadə olunur. Bu mənzil həm rahat yaşayış, həm də gələcək üçün dəyərli investisiya seçimidir.
© Rifah Residence · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.