Nizami metrostansiyasının yaxınlığında, Maliyyə Nazirliyi, Türkiyə Səfirliyi və Zabitlər Parkı ətrafında yerləşən premium lahiyəli yeni tikili binanın 12-ci mərtəbədə ümumi sahəsi qanuni 2 otaqli, 83,12 m² sahəsi olan 2 otaqlı mənzil satışa təqdim olunur. Mənzilin geniş giriş hissəsi, rahat qonaq otağı, mətbəx, yataq otağı, sanuzel və eyvanı mövcuddur. Studiya tipli qonaq otağının hesabına mənzili rahatlıqla 3 otaqlı formata dəyişmək mümkündür.
Binanın fasadı xüsusi ventilyasiyalı izolyasiya sistemi və keramoqranit örtüklə işlənib. Pəncərələr yüksək keyfiyyətli İzosistem alüminium profillərdən hazırlanıb. Binada Finlandiya istehsalı KONE liftləri quraşdırılıb. VİP blok 24 saat resepsion xidməti, mühafizə və müasir təhlükəsizlik sistemləri ilə təmin olunub. Liftlər, işıqlandırma, yanğın təhlükəsizliyi və digər zəruri sistemlər generator təminatı ilə sığortalanıb. Giriş və çıxışlarda yanğına qarşı xüsusi qapılar quraşdırılıb.
Binanın geniş və abad həyəti, həmçinin qarajı mövcuddur. Mənzil sənədləri tam qaydasındadır, kupça var. Yerləşməsi, bina infrastrukturu və planlaşdırması baxımından həm yaşayış, həm də investisiya üçün əlverişli seçimdir. Ofis haqqı 1% təşkil edir.
© Şamil bey · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.