AVTOVAĞZAL METROSUNUN ÇIXIŞINDA – PRAMİDA PARKDA QANUNİ 2 OTAQLI MƏNZİL
Avtovağzal metrosunun çıxışında yerləşən Pramida Park yaşayış kompleksində geniş və rahat 2 otaqlı mənzil satışa təqdim olunur.
Mənzil 16 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir və ümumi sahəsi 84 kv.m təşkil edir. Mənzil qanuni 2 otaqlıdır, tam təmirli vəziyyətdədir və qismən əşyalı satılır. Geniş sahəsi və funksional planlaşdırması rahat yaşayış üçün əlverişli şərait yaradır.
Metro çıxışında yerləşməsi mənzilin əsas üstünlüklərindən biridir. Ərazidə gündəlik yaşayış üçün zəruri olan bütün infrastruktur formalaşıb. Yaxınlıqda marketlər, apteklər, məktəblər, müxtəlif iaşə və xidmət obyektləri yerləşir. Şəhərin müxtəlif istiqamətlərinə rahat nəqliyyat çıxışı mövcuddur.
Mənzil həm şəxsi yaşayış, həm də kirayə və investisiya məqsədilə əlverişli variantdır.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz . Ofis xidmət haqqı alıcı tərəfdən 1% təşkil edir
© Əli Bəy · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.