Binəqədi rayonu, 20 Yanvar metrostansiyasına yaxın, Bakı–Sumqayıt şosesinin yaxınlığında, Həmdəm Ağayev küçəsində yerləşən Greenville Residence premium yaşayış kompleksinin ən prestijli binalarından birində mənzil satışa təqdim olunur.
Aral Group tərəfindən inşa edilən kompleks 10 hektarlıq geniş ərazini əhatə edir. Ərazinin yalnız 20 faizi tikinti sahəsinə ayrılıb, 80 faizi isə geniş landşaft və yaşıllıq zonası kimi nəzərdə tutulub. Kompleks şəhərin mərkəzinə təxminən 15 dəqiqəlik məsafədə yerləşməklə yanaşı, sakinlərinə rahat və komfortlu yaşayış üçün geniş infrastruktur təqdim edir.
Kompleksin ərazisində futbol, basketbol və tennis meydançaları, velosiped və gəzinti zolaqları, uşaq oyun meydançaları, fitnes və SPA mərkəzi, qapalı və açıq hovuzlar, gözəllik salonu, avtoyuma və digər xidmət sahələri fəaliyyət göstərir. GreenMall-a yaxın yerləşməsi gündəlik ehtiyacların rahat qarşılanmasına imkan yaradır.
Sakinlərin rahatlığı üçün ikimərtəbəli yeraltı parkinq, yük və sərnişin liftləri, fasiləsiz elektrik, qaz və su təminatı, rəqəmsal TV və yüksəksürətli internet infrastrukturu mövcuddur.
Premium yaşayış standartlarını, geniş yaşıllıq ərazisini və zəngin infrastrukturu bir arada təqdim edən Greenville Residence həm komfortlu yaşayış, həm də investisiya üçün əlverişli seçimdir.
Ofis haqqı 1% təşkil edir.
© Şamil bey · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.