Xətai rayonunda, Blue Mall Ticarət Mərkəzinin qarşısında, Nargilə dairəsinə yaxın və şəhərin əsas yol qovşaqlarına rahat çıxışı olan əlverişli ərazidə yerləşən yeni tikili binada 2-dən 3 otağa ideal düzəlmiş, 97 kv.m mənzil satışa təqdim olunur. Mənzil 16 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Geniş və funksional planlama ilə hazırlanıb, yüksək keyfiyyətli təmir olunub və əlavə xərc tələb etmir. Mənzilin dənizə baxan balkonu xüsusi üstünlük yaradır. Mənzil əşyasız satılır. Kombi sistemi və bütün mənzil üzrə isti döşəmə mövcuddur. Çıxarış (kupça) var. Binanın üstünlükləri: 2 sürətli lift, yeraltı avtodayanacaq, geniş abad həyət və besedka. Ətraf ərazidə marketlər, bağçalar, ictimai nəqliyyat və gündəlik yaşayış üçün bütün zəruri infrastruktur mövcuddur. Rahat yerləşmə, keyfiyyətli təmir, dəniz mənzərəsi və sənədlərinin qaydasında olması bu mənzili həm komfortlu yaşayış, həm də gələcək investisiya üçün əlverişli seçimə çevirir. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Təmirli, Qaz, Su, İşıq, Telefon, Kabel TV, Lift, Seyf Qapı, PVC pəncərə, Balkon, Kondisioner, Mətbəx mebeli, Kombi sistemi
© Anar · yeniemlak.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.