Ev Yeni Suraxanıda əlverişli yerdə yerləşir. Bütün kommunal var. Qaz, su və işıq daimidi. Nəmişlik yoxdur. Yağış yağanda Bakının çox hissəsini su bassa da buranı su basmır! Avtobus dayanacağına piyada 5-7 dəqiqəlik məsafəsi var. Qəsəbədən Nərimanova, Koroğluya, Həzi Aslanova, Qara Qarayevə, Binəyə avtobuslar işləyir. Evin yaxınlığında 89 və 101 nömrəli məktəblər yerləşir. Tıxaca rast gəlmədən rahatlıqla şəhərə işə gedib-gəlmək olur. Yaxın aylarda bu əraziyə elektrik qatarı da işləyəcək. Sənədlər tam qaydasındadır. Fərdi yaşayış tikinti sahəsidir! Kupça almaq üçün hazır sənədləri var. Evi alan şəxs istəsə Asan xidmət vasitəsi ilə kupçaya müraciət edə bilər. Onu da qeyd edim ki, xaricə köçdüyüm üçün ev dəyərindən ucuz satılır. Yeni Suraxanıda evlərin qiyməti ilə maraqlanıb müqayisə edib, nəticə çıxara bilərsiz. Real alıcıya yaxşı endirim edəcəm.
© Seymur · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.