Salam.
Ev yeni Suraxanı qəsəbəsinin mərkəzi küçəsi olan 14 İyul küçəsində yerləşir.
Ev 2.7 sotda tikilib və ümumi sahəsi 130m³ təşkil edir.
Bütün kommunal xidmətlərə (telefon, internet, su, qaz, işıq, kanalizasiya) qoşulub, istilik sistemi kombidir, evin damı isti-soyuq və səs keçirməyən 20sm qalınlığında sendviç paneldəndir.
Evin yerləşdiyi ərazidə tam qarşısında avtobus dayanacağı və piyada keçidi, Ballı marketin düz yanında, ATS, poliklinika, 89 nömrəli tam orta məktəb, uşaq bağçası, aptek, tikinti malları mağazaları, bərbər salonları, ət məhsulları mağazası, toy-nişan və mərasim zalı, zoomağaza, mobil telefon və aksesuarları mağazası, ayaqqabı və dərzi xidmətləri, 24 saa işləyən meyvə-tərəvəz mağazası, yenicə əsaslı təmir olunmuş park, məscid, Araz market, Tamstore 24/7, dəmiryolu stansiyası və s. bunların hamısı yaxınlığında yerləşir.
Evin çıxarışı yoxdur, alan adam qeyri yaşayış və yaşayış sahəsi kimi istifadə edə bilər.
Sənədləşmə kommunal xidmətlərin alıcının adına keçirilməsi yolu ilədir.
Qiymətdə razılaşmaq olar.
Kondisioner və mətbəx mebeli alıcı üçün qalacaq.
© binatap.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.