Şəhərin mərkəzində, Bulvara və Crescent Mall ticarət mərkəzinə piyada məsafədə yerləşən 12 mərtəbəli möhkəm daş binada 3 otaqlı, tam təmirli mənzil təcili olaraq satışa çıxarılıb.
Mənzil funksional və rahat planlaşdırmaya malikdir. Otaqlar geniş, işıqlı və yelçəkəndir. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub və mənzil yaşayış üçün tam hazır vəziyyətdədir.
Bina yerləşdiyi əraziyə görə çox əlverişlidir. Ətrafında məktəb, uşaq bağçası, supermarketlər, apteklər, banklar, restoranlar və digər bütün zəruri infrastruktur mövcuddur. İctimai nəqliyyata çıxış rahatdır.
Mənzil həm daimi yaşayış, həm də yüksək gəlirli icarə üçün ideal seçimdir. Bu ərazidə yerləşən mənzillərə tələbat hər zaman yüksəkdir.
Sənəd çıxarışdır (kupça).
Ətraflı məlumat almaq və mənzilə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.
© Elan sahibi · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.