GƏNCLİK METROSUNA YAXIN 3 OTAQLI MƏNZİL
Gənclik metrosunun yaxınlığında, Prezident İqamətgahının yanında yerləşən sakit və abad məhəllədə mənzil satışa təqdim olunur. Mənzil 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Ərazi sakitliyi ilə seçilir, binanın yoldan aralı yerləşməsi səbəbindən küçədən keçən avtomobillərin səsi mənzilə gəlmir. Sakit və rahat yaşayış mühiti axtaranlar üçün əlverişli lokasiyadır.
Mənzilin qarşısında həyətində çoxsaylı parking yerləri var. Mənzilə əlavə olaraq 2 ədəd zirzəmi sahəsi də daxildir ki, bu da saxlanc və məişət ehtiyacları üçün əlavə imkan yaradır.
Mənzil əşyaları ilə birlikdə satılır. Qaz, su və işıq daimidir, ərazidə kommunal xidmətlərlə bağlı kəsilmələrin olmaması gündəlik yaşayış üçün əlavə rahatlıq yaradır. Mənzil uzun müddət yaşayış üçün istifadə olunmuş, formalaşmış və sakit məhəllədə yerləşir.
Gənclik metrosuna yaxınlığı, Prezident İqamətgahının yanında yerləşməsi, sakit həyəti, geniş parking imkanları və 2 zirzəmisinin olması mənzilin əsas üstünlüklərindəndir. Ətraf ərazidə gündəlik yaşayış üçün lazım olan marketlər, apteklər, məktəblər və digər xidmət obyektləri yerləşir.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz . Ofis xidmət haqqı alıcı tərəfdən 1% təşkil edir
© Əli Bəy · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.