Yeni Günəşli qəsəbəsində yerləşən, geniş və komfortlu yaşayış üçün ideal olan 3 otaqlı mənzil satışa təqdim olunur. Mənzil 10 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 130 kvadratmetrdir. Planlanması çox əlverişlidir, otaqlar geniş və işıqlıdır.
Mənzil təmirlidir və tam əşyalı şəkildə satılır. Mebellər və məişət texnikası ilə birlikdə təqdim olunduğuna görə alıcı əlavə xərc çəkmədən dərhal köçə bilər. Evdə yaşayış olmadığından bəzi xırda kosmetik işlərə ehtiyac var, lakin bu ümumi vəziyyətə ciddi təsir etmir və qiymətdə nəzərə alınacaq.
Bina yerləşdiyi ərazi baxımından çox əlverişlidir. Ətrafda məktəblər, uşaq bağçaları, marketlər və müxtəlif iaşə obyektləri mövcuddur. Nəqliyyat baxımından da rahat ərazidə yerləşir, şəhərin müxtəlif istiqamətlərinə çıxış imkanları var.
© baku.etagi.com — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.