Xalqlar Dostluğu metrosunun yaxınlığında prestijli yeni tikili binada yerləşən 3 otaqlı mənzil satışa təqdim olunur. Mənzil zövqlə və yüksək keyfiyyətlə təmir olunub, funksional və rahat planlaşdırmaya malikdir.
Skvaznoy layihəli mənzil həm əsas yola, həm də sakit məhləyə baxır. Eyni zamanda açıq və xoş dəniz mənzərəsi ilə seçilir ki, bu da mənzilə əlavə dəyər və rahatlıq qatır.
Mənzil tam əşyalı satılır və dərhal yaşayış üçün hazırdır. Bütün otaqlarda Samsung markalı müasir televizorlar quraşdırılıb. Mətbəx yüksək keyfiyyətli Samsung soyuducu və Bosch soba ilə təchiz olunub. Bundan əlavə, bütün otaqlarda brend kondisionerlər mövcuddur. İstilik sistemi kombidir və ilboyu komfortlu yaşayış təmin edir.
Ərazi infrastrukturu baxımından çox əlverişlidir – yaxınlıqda məktəblər, marketlər, iaşə obyektləri və istirahət zonaları yerləşir. Geniş, işıqlı və komfortlu bu mənzil böyük ailələr üçün ideal seçimdir.
© baku.etagi.com — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.