TƏCİLİ SATILIR!
Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində, DOST Agentliyinin düz yanında, prestijli ərazidə yerləşən yeni tikili binada 3 otaqlı mənzil satışa təqdim olunur.
* Ümumi sahə: 100 m²
* Otaq sayı: 3 otaq
* Mərtəbə: 3/16
* Təmir: Podmayak
* Sənəd: Çıxarış (Kupça)
Mənzil işıqlı, geniş və yelçəkəndir. İki eyvanı mövcuddur və hər ikisi İsmayıl bəy Qutqaşınlı küçəsinə baxır. Qonaq otağından dənizə və Mərkəzi Parkın yaşıllıqlarına gözəl mənzərə açılır.
Mənzilin təmir işlərinin təxminən 70%-i tamamlanıb. Bütün divarlar yenidən qurulub. Su, istilik və elektrik xətləri keyfiyyətli materiallarla yenilənib. Mətbəx, dəhliz və sanitar qovşağında isti döşəmə sistemi quraşdırılıb.
Mənzildə ayrıca mətbəx, geniş dəhliz, iki yataq otağı, qonaq otağı və qarderob üçün nəzərdə tutulmuş yer mövcuddur.
Binada 3 mərtəbəli yeraltı qaraj, sürətli internet və kabel TV mövcuddur. Qaz, su və işıq daimidir.
Yerləşmə baxımından olduqca əlverişli ərazidədir. Yaxınlığında Mərkəzi Park, Elmlər Akademiyası və İçərişəhər metroları, eləcə də digər zəruri infrastruktur obyektləri yerləşir.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
© Xuraman · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.