GƏNCLİK METROSUNUN YAXINLIĞINDA – PANORAMİK MƏNZƏRƏLİ, PREMIUM TƏMİRLİ 3 OTAQLI MƏNZİL SATILIR!
Gənclik metrosu və Odlar Yurdu Universitetinin yaxınlığında, olduqca əlverişli və prestijli ərazidə yerləşən, yüksək zövqlə və tam premium şəkildə təmir olunmuş 3 otaqlı mənzil satılır.
Mənzil tam mebel və məişət texnikası ilə birlikdə təqdim olunur. Soyuducu, qabyuyan, paltaryuyan, kombi, 2 kondisioner, 3 televizor və digər zəruri avadanlıqlarla tam təchiz edilib. Əlavə xərc tələb etmədən birbaşa köçüb yaşamaq mümkündür.
Mənzilin ən diqqətçəkən üstünlüklərindən biri hər iki tərəfə açılan balkonlarının və möhtəşəm panoramik mənzərəsinin olmasıdır. Bir balkondan Heydər Əliyev Mərkəzinə, digər tərəfdən isə Tofiq Bəhramov adına Respublika Stadionuna birbaşa mənzərə açılır.
Təmir zamanı keyfiyyətə xüsusi önəm verilib, yalnız yüksək keyfiyyətli və bahalı tikinti materiallarından, aksesuar və avadanlıqlardan istifadə olunub.
Həm komfortlu yaşayış, həm də dəyərli investisiya üçün ideal seçimdir!
Şirkət xidmət haqqı alıcı tərəfindən 1% təşkil edir.
© Səadət xanım · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.