Masazır qəs., Kərim Kərimov küç. giriş 11, m7, m2 ünvanında, Əliağa Vahid küçəsindən - mərkəzi yoldan 30 metr aralı (Irshad və Araz Superstore-a 5 dəq.lik məsafə) yerləşən yeni tikili binada tam və yeni təmirdən çıxmış orijinal (rodnoy) 3 otaqlı mənzildir. Mənzildə yaşayış olmayıb, şəxsi istifadə məqsədilə yüksək keyfiyyətdə təmir edilib. Qaz, su, işıq daimidir. Binanın 50 tonluq yeraltı ehtiyat su çəni, öz (ayrıca) elektrik transformatoru, mərkəzi domofon sistemi var. Mənzilin istilik və isti su sistemi kombidir (Airfel 24 kw). Mənzil tamamilə isidilən döşəmə ilə təmin edilib, mərkəzi kollektordan idarə edilir. 2 otağın (yataq və qonaq) kondisioner xətləri (boruları) çəkilib qoşulmaya hazırdır. Belarus istehsalı seyf qapısı var. Daxili qapılar 8-lik MDF-dən hazırlanmış Mokko rənglidir və hamısı qıfıllıdır (açarla açılıb-bağlana bilir). Yaşayışa tam hazır vəziyyətdədir. Sənəd çıxarışdır (kupça). Ciddi alıcı ilə qiymətdə razılaşmaq olar.
© Rauf Şərifov · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.