Ayrıca girişli, kiçik həyəti olan mənzil sərfəli qiymətə satılır!
Mənzil orta təmirlidir və hazırda yaşayış var. Binanın ümumi blokundan müstəqil girişi və kiçik həyət sahəsi mövcuddur. Mənzilə giriş birbaşa mətbəx hissəsindəndir.
Faktiki sahəsi təxminən 80 m², çıxarış üzrə isə 54 m²-dir. Sonradan əlavə otaq artırılıb.
Mənzildə müəyyən təmir və yenilənmə işlərinə ehtiyac var. Yataq otaqlarından birində digər otağa açılan daxili pəncərə mövcuddur, digəri isə pəncərəsizdir. Havalandırmanın yaxşılaşdırılması məqsədəuyğundur.
Əlavə olaraq, otaqlardan birində güclü yağışlar zamanı su sızması müşahidə olunur. Bu hissədə sızmanın səbəbinin müəyyən edilməsi və müvafiq təmir işlərinin aparılması tələb olunur.
Qiymət mənzilin mövcud vəziyyəti, təmir ehtiyacı və sənəd göstəriciləri nəzərə alınaraq münasib müəyyən edilib.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
© Cəmil Əliyev · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.