📍 Baku Panorama Residence | Xətai metrosunun yanı
Şəhərin mərkəzində, Sevgi Parkının yanında yerləşən Baku Panorama Residence yaşayış kompleksində 179 m², 4 otaqlı premium mənzil satışa çıxarılıb.
Mənzil 16 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir, yelçəkəndir və dənizə möhtəşəm mənzərəsi var. Dizayner tərəfindən yüksək keyfiyyətli materiallarla təmir olunub və təmirdən sonra yaşayış olmayıb.
Mənzildə quraşdırılmış mətbəx mebeli, bütün santexnika aksesuarları, hər otaqda geniş şkaflar və pərdələr mövcuddur.
Kompleksin geniş və mühafizə olunan həyəti, yeraltı avtodayanacağı, mağaza və restoranları var. Bulvara və Zəfər Parkına təxminən 5 dəqiqəlik məsafədə yerləşir.
Kupça var. Mənzil həm yerləşməsi, həm dəniz mənzərəsi, həm də təmir səviyyəsi ilə premium seqmentə aid xüsusi variantdır.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Ofis haqqı: 1%
© Gülnar Sabirli · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.