Satılır – Ləhiş Bağları, 28-ci dalan (Quru tərəf) | Premium Həyət Evi
Ləhiş Bağlarının 28-ci dalanında (quru tərəf), əsas yoldan cəmi 150 metr məsafədə yerləşən, 23,5 sot torpaq sahəsində inşa edilmiş 300 m² sahəli, tam təmirli, 2 mərtəbəli premium həyət evi satışa təqdim olunur.
Ev funksional və rahat planlaşdırmaya malikdir. Burada geniş zal, böyük mətbəx və ayrıca yemək otağı, 4 geniş yataq otağı yerləşir. Yataq otaqlarından biri master bedroom olub, özünə məxsus sanitar qovşağı və qarderob otağı ilə təchiz edilib. Evin geniş holu, hər mərtəbədə ayrıca sanitar qovşağı, 2 eyvan, 2 veranda və tam istifadəyə yararlı bağlı çardağı mövcuddur.
İstilik sistemi kombidir. Hazırda hər mərtəbəyə ayrıca xidmət göstərən 2 kombi quraşdırılıb, üçüncü kombinin quraşdırılması üçün bütün kommunikasiya hazır vəziyyətdədir. Bütün otaqlar kondisionerlə təchiz olunub. Evin interyerində yüksək keyfiyyətli mebel və qapılardan istifadə olunub. Evin və həyətdə yerləşən bütün tikililərin fasadı təbii Ağlay daşı ilə üzlənib, bu isə tikililərə həm möhtəşəm görünüş, həm də uzunömürlülük qazandırır.
Həyətdə 12×5 metr ölçüdə, mozaika və mərmərlə işlənmiş skimmer sistemli hovuz, 2 avtomobillik qaraj, ayrıca hamam və sanitar qovşağı yerləşir. Bundan əlavə, 120 m² əlavə tikili mövcuddur. Tikilinin 60 m²-i açıq, 60 m²-i qapalı hissədən ibarətdir. Qapalı hissə sauna, hamam və qapalı istirahət zonası kimi layihələndirilib və tamamlanma mərhələsindədir.
Torpaq sahəsinin 10 sotunda premium avtomatik suvarma sistemi ilə təchiz edilmiş qazon, 6 sotunda isə açıq yaşıllıq sahəsi mövcuddur. Həyətin döşəməsində yüksək keyfiyyətli “Vibraston” istehsalı olan “İçərişəhər” seriyalı tamet daşlarından istifadə olunub. Jalüz tipli giriş qapısı quraşdırılıb. Ərazi limon kiparisləri və piramidal kiparislərlə zövqlə yaşıllaşdırılıb.
Yüksək keyfiyyətli tikintisi, geniş torpaq sahəsi, premium həyət infrastrukturu və əlverişli yerləşməsi ilə bu əmlak həm daimi yaşayış, həm də bağ evi üçün ideal seçimdir.
Xidmət Haqqı 1%
© Mikayıl bəy · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.