Prayk
For sale: house / Cottage / Villa, 160 m² — Ev, villa, Qax
135 000 ₼

For sale: house / Cottage / Villa, 160 m²

District unknown — the range covers the whole city, not a precise comparison
This listing
cheapermost similar listingspricier
Most similar listings fall in this range: 71 000 ₼ – 250 000 ₼
price per m² 844 ₼ · Qax median 769 ₼ — 10 % pricier · district unknown — compared with the whole city
For saleAnalyzedUsed1 weeks ago
City
Qax
Title deed available
Yes
Operation type
Sale
Property type
House / Cottage / Villa
Rooms
5+
Area
160 m²
Land area
52 sot
Seller
Owner
Date
Views
14
Number
№4812165

Description

Bakı - Balakən magistral yolu üzərində, Qax rayon Dəymədağlı kəndində 2 mərtəbəli ev və fındıq bağı satılır. Ev kəndin girişindən 350m məsafədə, bağ isə 250m məsafədə yerləşir. Kəndin girişində Şadlıq sarayı, restoran və Agroves şirkətinə məxsus satış mərkəzi var. Kəndin girişindən 140m məsafədən birinci küçə dönür. Ev və fındıq bağı da həmin küçədə yerləşir. Küçənin girişində bulaq var. Evin ərazisində meyvə və tərəvəz yetişdirmək üçün torpaq sahəsi, toyuq saxlamaq üçün hin, cücə saxlamaq üçün tikili, təndir, hamam & tualet mövcuddur. Birinci mərtəbədə geniş zal tipli betonla düzəlmiş ərazi, ləvazimatlar və ya balon banka saxlamaq üçün də 2 otaq var. 2-ci mərtəbəyə çıxan kimi eyvan var. Qapının biri zala digəri mətbəxə açılır. İçəridə Zal, mətbəx, hamam & tualet, 4 otaq var. Ev kombi ilə isinir, hər bir otaqda, zalda, mətbəxdə, hamamda radiator var. İşığı, interneti, tv kabeli, suyu var. Su, artizan bulaqdan birbaşa motorla vurulur və əlavə olaraq 2 ədəd çən var. Evin içində pitiminutka, televizor, paltaryuyan, kondisoner, 4 otaqda da taxt və şkaf mövcuddur. Evin həyətlə birgə sahəsi 16 sot, fındıq bağı isə 36 sotdur. Fındıq ağacları ilə yanaşı meyvə ağacları da var. Kənd, Qaxdan 23km, Zaqataladan 37km, Şəkidən 45km, Dəmiryol stansiyasından 8km uzaqlıqdadır. Kəndin içində məktəb, bağça, mağazalar, bulaqlar var. Ətraflı məlumat üçün whatsapp-da yaza və ya zəng vura bilərsiniz
ADVERTISEMENT
WhatsApp