Tam Əşyalı!! Bakı Bağları şirkəti sizə ekoloji təmiz Şüvəlan qəsəbəsində, ən hündür və hava təmiz olan ərazidə, əsas yoldan 200 metr məsafədə 50 Sotda 3 mərtəbə 2000 kv.m 9 otaqlı şəxsi tikili super bağ evini təklif edir. Bağ evi zal, mətbəx, 8 yataq otağı, çox geniş qarderoblar (10), holl və 10 sanuzeldən ibarətdir. Otaqlarda asılmış pərdə və lyüsturları, bütün otaqlarda tv və kondisioner, işlək lift, hündür tavanları, divar rəsmləri, duş kabinalı sanuzeli, mebelli mətbəxi, quraşdırılmış işıqlandırma sistemi var. Ev yüksək zövq və keyfiyyətlə təmir olunub. Su, qaz, işıq daimidir. İstilik sistemi kombidir, isti döşəməsi var. Həyətində geniş filterli hovuzu, 3-ci mərtəbədə geniş terası, mebelli cambalkon besedka, manqalxana, yay-qış mətbəxi, qonaq evi, istirahət məkanı, geniş qapalı parkinq zona (5 avtomobillik), pultla idarə olunan darvaza, çox sayda meyvə və dekorativ ağacları, gülləri, tenis kortu, futbol stadionu, fitnes zona, sauna, su anbarı, sensorlu gecə işıqları var. 4 mövsüm yaşamaq üçün əlverişlidir. Yolu qapıya kimi asfaltdır. Kupçası (Çıxarışı) var. Start qiyməti 4 000 000 AZN. Qeyd : Bakı ətrafı qəsəbələrdə, xüsüsən də Mərdəkan, Şüvəlan, Bilgəh, Nardaran və s. ərazilərdə satışda olan digər bağ evləri və villalarımız var. Buyurun bizə müraciət edin.
© Bakı Bağları · emlak.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.