Nizami küc. 111, Landmark Hotelin tam qarşısında, Nəsimi rayonu ərazisində (yolun qarşı tərəfi Səbail rayonu) həm obyekt, həm də yaşayış üçün ideal mülk! Stalinka layihəli daş binanın 1-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 52 kv.m-dir (30 kv.m əsas sahə + 22 kv.m antresol). İki səviyyəli (2 mərtəbəli) və 3 otaqlıdır. Hündür tavanı və rahat girişi var.
Binanın həyətində rahat parking (maşın saxlamaq) imkanı var!
İstifadə keçmişi: Mülk əvvəllər uzun illər obyekt kimi yüksək gəlirlə kirayədə olub (Diş həkimi/stomatologiya, Qadın gözəllik salonu və Telefon aksesuarları topdansatış mağazası fəaliyyət göstərib).
Son 5 ildə isə ev (yaşayış) kimi istifadə olunub.
İntensiv piyada və avtomobil axını olan çox prestijli məkandır. İstəyə görə yenidən gözəllik salonu, klinika, ofis, şou-rum kimi biznes sahələrinə çevirmək və ya şəhərin mərkəzində prestijli mənzil kimi istifadə etmək olar.
Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
© Asad Kazımlı · bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.