Prayk
Satılır torpaq 5000 sot — Torpaq, Xızı
2 100 000 ₼

Satılır torpaq 5000 sot

For saleVerifiedUsedYesterday
City
Xızı
Category
Land plot
Title deed available
Yes
Operation type
Sale
Land area
5000 sot
Property type
Land
Seller
Owner
Date
Views
10
Number
№4222354

Description

Tam infrastrukturla təmin edilmiş kənd təsərrüfatı kompleksi – iri həcmli quşçuluq/heyvandarlıq təsərrüfatı üçün hazır infrastruktur Ünvan: Bakı şəhərindən 45 km məsafədə, Sumqayıt şəhəri yaxınlığında, Bakı–Quba magistral yolundan cəmi 500 metr aralıda yerləşir. Ümumi sahə: 50 hektar (əkin təyinatlı torpaq sahəsi) Ferma kompleksi tam infrastrukturla təmin edilmişdir və 24 saat kamera nəzarəti altındadır. Ərazidə içməli və suvarma su xətləri çəkilmiş, su təminatı daimi şəkildə təmin olunmuşdur. Elektrik, optik internet, yol və digər kommunikasiya xətləri mövcuddur. Qaz hazırda mövcud deyil, lakin qaz xətti ərazi ilə həmsərhəd hissədə yerləşir və qoşulma imkanı mövcuddur. Sənədləşmə: Torpaq sahəsi üzrə çıxarış (kupça) mövcuddur. Ferma fəaliyyəti üçün bütün şərait yaradılıb, həm kənd təsərrüfatı, həm də heyvandarlıq istiqamətləri üzrə istifadəyə tam uyğundur. QİYMƏTDƏ RAZILAŞMA OLACAQ. Xüsusiyyətlər: - Bir-birinə paralel yerləşən çoxsaylı iri anbar/ferma korpusları: metal konstruksiyalı, uzunlamasına ventilyasiya bacaları, geniş giriş qapıları. - Yardımçı tikililər: yem və inventar saxlanması, ustaxana və təsərrüfat otaqları üçün ayrıca binalar. - İdarəetmə və məişət hissəsi: inzibati/yaşayış tipli ev, həyət və yaşıllıq zolağı. - Su təsərrüfatı: sahədə açıq su hövzəsi (gölməçə) və üst su çənləri. - Elektrik xəttləri əraziyə çıxarılıb; - Geniş, texnikanın rahat manevr edə biləcəyi həyət və daxili yollar. - Korpusların hər birində yan darvazalar və əsas girişlər, işıqlandırma üçün pəncərə açılışları. - Ətrafı açıq əkin sahələri ilə əhatələnmiş geniş torpaq massivi; heyvanlar üçün açıq padok/otlaq zolaqları yaratmağa uyğun. - Yükləmə-boşaltma üçün uyğun meydança; saman-yem yığılması üçün ayrıca sahə. Təyinat: - Maldarlıq, quşçuluq (broylər, yumurta), qoyunçuluq, dovşan/süfrə quşları və s. - Əkinçilik, yem istehsalı və saxlanması, soyuq anbar, logistika deposu kimi alternativ istifadə imkanı. Üstünlüklər: - Şəhərdən kənar, səs-küydən uzaq və sanitar bufer zonası yaradan yerləşmə. - Böyük korpuslar hesabına eyni zamanda çoxlu baş sayda heyvan/quş saxlamaq imkanı. - Su ehtiyatı və enerji xətləri sayəsində fasiləsiz iş üçün baza infrastruktur mövcuddur. Tikililər: • Tövlələr (500 iribuynuzlu, 800 xırdabuynuzlu mal-qara üçün) • Anbar • 3 çoban ailəsi üçün evləri • Soyuducu otağı • Sürücülər üçün otaq • Sanuzellə təmin edilmiş ofis və yaşayış yeri. Texnika və kənd təsərrüfatı avadanlıqları: • Sampo Kombayn 2045 • Belarus 1221 • Belarus 1523 • Belarus T40 • Traktor T150 • Laped – 1 ədəd • Qaz 53 yük daşıma maşını • Ot bağlayan – 1 ədəd • Ot biçən aqreqat (disk) – 2 ədəd • Ot yığan – 2 ədəd • Toxum səpən (selka) – 2 ədəd • Toxum təmizləyən – 1 ədəd • Gübrə səpən – 1 ədəd • Dərman səpən – 1 ədəd • Disk mala – 1 ədəd • Kanal açan – 2 ədəd • Torpaq malalayan – 3 ədəd (böyük) • Katok – 1 ədəd • Kotan – 3 ədəd • Yumşaldıcı kultivator – 2 ədəd • Yem və ot üyüdən traktor dəyirman – 1 ədəd • Yem və ot üyüdən elektrik dəyirmanı – 1 ədəd

© Emil bina.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

Similar listings