
Bakı8
Satınalma üzrə kiçik mütəxəssis

600 ₼
Satınalma üzrə kiçik mütəxəssis
AnalyzedYesterday
Description
BlackWell-in neft-qaz və sənaye təchizatı fəaliyyətini dəstəkləmək üçün xarici bazarlarda məhsul və təchizatçı araşdırması aparmaq, rəqabətli kommersiya təklifləri toplamaq və satınalma sorğularının vaxtında icrasını təmin etmək.
Bonus sistemi:
Vaxtında icra: tapşırıqların və satınalma sorğularının razılaşdırılmış deadline-lara uyğun tamamlanması.
Sourcing keyfiyyəti: uyğun məhsul və etibarlı təchizatçıların müəyyənləşdirilməsi, rəqabətli təkliflərin toplanması.
Dəqiqlik: texniki məlumatların, qiymətlərin və ERP qeydlərinin düzgünlüyü.
Operativlik: təchizatçı sorğularının vaxtında göndərilməsi və müntəzəm izlənməsi.
Satınalma bonusu: uğurla həyata keçirilən alışlar üzrə şirkət tərəfindən əvvəlcədən təsdiqlənmiş bonus mexanizmi tətbiq olunur.
Əməkhaqqı və inkişaf imkanları:
Aylıq sabit əməkhaqqı: 600–800 AZN net.
Bonus — əvvəlcədən razılaşdırılmış qaydalar və nəticələr əsasında.
Peşəkar inkişaf və gələcəkdə Procurement Specialist vəzifəsinə yüksəlmək imkanı.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər CV formalarını [email protected] email ünvanına yönləndirə bilər.
Tələblər:
Satınalma sahəsində minimum 1 il iş təcrübəsi.
İngilis dilini sərbəst bilmək; xarici təchizatçılarla müstəqil yazışmaq və danışıqlar aparmaq bacarığı.
ERP sistemləri barədə bilik və ERP-də işləmək bacarığı; Odoo təcrübəsi üstünlükdür.
Microsoft Outlook-da işləmək bacarığı, e-poçt yazışmalarını və sorğuları izləmək bacarığı.
Xarici bazarlarda məhsul, istehsalçı və təchizatçı araşdırması (market research & sourcing) aparmaq bacarığı.
Texniki məhsulların, sənaye avadanlıqlarının və ehtiyat hissələrinin axtarışına maraq.
Microsoft Excel-də qiymət müqayisəsi və hesabat hazırlamaq bacarığı.
Məsuliyyətli, diqqətli, operativ və nəticəyönümlü olmaq.
Vəzifə öhdəlikləri:
Daxil olan satınalma sorğularını araşdırmaq və tələbə uyğun məhsulları müəyyənləşdirmək.
Xarici istehsalçıları, rəsmi distribütorları və etibarlı təchizatçıları tapmaq.
Qiymət təklifləri, texniki sənədlər, çatdırılma müddətləri və ödəniş şərtlərini toplamaq.
Təklifləri qiymət, texniki uyğunluq, çatdırılma və kommersiya şərtləri üzrə müqayisə etmək.
Satınalma məlumatlarını ERP sisteminə daxil etmək və mütəmadi yeniləmək.
Outlook vasitəsilə təchizatçılarla yazışmaları aparmaq və cavabların vaxtında alınmasını izləmək.
Tapşırıqları müəyyən edilmiş müddətlərdə icra etmək və tələb olunan hesabatları təqdim etmək.
Maaş: 600-800 AZN
Yaş: 22-32
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Listing source
Open the original listing© BlackWell MMC boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT




