Prayk

Satış assistenti

300 ₼
Verified6 days ago
City
Bakı
Category
Sales
Date
Views
5
Number
№4703598

Description

İş şəraiti İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063 (Meyvəli gömrük terminalının yaxınlığı); İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə günü qısaldılmış iş günü); Sınaq müddəti: 1 - 3 ay (30-90 gün); Sınaq müddətində əmək haqqı: 300 AZN; Sınaq müddətindən sonra əmək haqqı: 700 AZN + satışdan bonus. Əsas öhdəliklər: Müştəri müraciətlərinin (zəng, WhatsApp, e-mail) qəbulu və ehtiyacların satış menecerinə yönləndirilməsi; Məhsullar barədə müştəriyə ilkin məlumatın təqdim edilməsi; Kommersiya təklifləri və satış sənədlərinin hazırlanması; Satış komandasına gündəlik işlərdə dəstək və tapşırıqların icrası. Namizədə tələblər: Təhsil: Ali və ya orta ixtisas təhsili; Yaş həddi: 24 - 34 yaş; Satış, müştəri xidməti və ya kommersiya sahəsində iş təcrübəsi üstünlükdür; Azərbaycan dilində sərbəst və düzgün şifahi/yazılı ünsiyyət bacarığı (Rus və/və ya İngilis dili biliyi üstünlükdür); MS Office proqramları (xüsusilə Word və Excel) ilə işləmək bacarığı; CRM və digər satış sistemlərini öyrənməyə, istifadə etməyə həvəsli olmaq; Müştərilərlə nəzakətli, inamlı və peşəkar ünsiyyət qurmaq bacarığı; Eyni anda bir neçə iş prosesini idarə etmək (multitasking), məsuliyyətlilik, operativlik və detallara diqqət; Öyrənməyə açıq, təşəbbüskar və nəticəyönümlü olmaq. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Satış assistenti" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/199061/satis-assistenti
ADVERTISEMENT