Prayk

Satış meneceri

450 ₼
Verified1 weeks ago
City
Bakı
Category
Sales
Date
Views
16
Number
№3853242

Description

Satış sahəsində özünü inkişaf etdirmək istəyirsən, amma təcrübən azdır? O zaman Bronio komandasında sənə uyğun imkanımız var. Bronio — bizneslər üçün müasir rezervasiya həlləri təklif edən platformadır. Biz komandamıza satış sahəsində özünü inkişaf etdirmək istəyən menecerlər axtarırıq. Sənə nə veririk? Satış sahəsində real iş təcrübəsi; Bronio məhsulu və satış prosesi üzrə ilkin təlim; Fix əməkhaqqı + bonus sistemi; Satış nəticən artdıqca gəlirini artırmaq imkanı; Test mərhələsi İlk 2 həftə sınaq mərhələsi olacaq. Bu müddət ərzində namizədin: ünsiyyət bacarığı, öyrənmə sürəti, aktivliyi, satışa yanaşması və nəticələri qiymətləndiriləcək. Sınaq mərhələsini uğurla keçən namizədlə fix əməkhaqqı + bonus şərtləri ilə əməkdaşlıq davam etdiriləcək. Sınaq mərhələsində gündəlik xərclər şirkət tərəfindən qarşılanır. İş yeri: Bakı İş qrafiki: Tam iş günü Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Junior Satış Meneceri” qeyd etməyin kifayətdir. Təcrübən azdırsa, problem deyil. Əsas odur ki, öyrənməyə və qazanmağa həvəsin olsun. Tələblər: Rus dilində sərbəst ünsiyyət; Azərbaycan dilində yaxşı ünsiyyət qurmaq; İnsanlarla rahat danışmaq və əlaqə yaratmaq; Verilən tapşırıqları məsuliyyətlə yerinə yetirmək; Satış təcrübəsinin olması vacib deyil. Əsas olan ünsiyyət bacarığın, öyrənmək istəyin və nəticə əldə etmək həvəsindir. Vəzifə öhdəlikləri: Potensial biznes müştəriləri ilə əlaqə saxlamaq; Bronio haqqında məlumat vermək; Platformanın üstünlüklərini təqdim etmək; Müştərilərin suallarını cavablandırmaq; Satış prosesini öyrənmək və həyata keçirmək. Maaş: 450-800 AZN Yaş: 22-35 Təhsil: Ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər

© Broniosoft MMC boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT