Prayk
Satış meneceri — Satış
Negotiable

Satış meneceri

OriginalToday
Category
Sales
Date
Views
6
Number
№5762334

Description

Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin inkişaf etdirilməsi məqsədilə təcrübəli Satış Meneceri axtarır. Əsas vəzifə və öhdəliklər Yeni korporativ müştərilərin və potensial biznes tərəfdaşlarının müəyyən edilməsi və cəlb olunması; İstehsalat, sənaye və digər biznes sektorlarında fəaliyyət göstərən şirkətlərlə işgüzar əlaqələrin qurulması; Mövcud müştəri portfelinin idarə edilməsi və inkişaf etdirilməsi; Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsul təkliflərinin hazırlanması; Məhsul və xidmətlər üzrə təqdimatların, kommersiya təkliflərinin hazırlanması; Müştərilərlə görüşlərin, danışıqların və satış prosesinin aparılması; Satış sifarişlərinin qəbul edilməsi və icra prosesinin aidiyyəti bölmələrlə koordinasiyası; Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi; Bazarın, rəqiblərin və müştəri tələbatının araşdırılması; Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın təmin edilməsi; Satış fəaliyyəti üzrə müntəzəm hesabatların hazırlanması. Namizədə tələblər Satış sahəsində minimum 3 il iş təcrübəsi; B2B və korporativ satış sahəsində təcrübə; İstehsalat, sənaye, topdansatış və ya distribusiya sektorunda iş təcrübəsinə üstünlük verilir; İstehsalat, tikinti   müəssisələri və xidmət sahəsində fəaliyyət göstərən  müştərilərlə mövcud işgüzar əlaqələrinin olması üstünlükdür; Yeni müştərilərin axtarışı və cəlb edilməsi bacarığı; Aktiv satış, təqdimat və danışıqlar aparmaq bacarığı; Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin idarə edilməsi bacarığı; Nəticəyönümlülük, təşəbbüskarlıq və yüksək ünsiyyət bacarığı; MS Office proqramları ilə işləmək bacarığı. Biz nə təklif edirik? Rəqabətqabiliyyətli əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi; Peşəkar inkişaf və karyera imkanları; Stabil və inkişaf edən istehsalat müəssisəsində çalışma imkanı; Müştəri portfelinin genişləndirilməsi və satış nəticələrinə uyğun gəlir əldə etmək imkanı; Peşəkar və dəstəkləyici iş mühiti. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər Son müraciət tarixi: 09.12.2026

© Business Service Centre LTD jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp