
Bakı5
Satış meneceri
Satış meneceri
600 ₼
VerifiedToday
Description
ARV Construction and Consulting group şirkətinə satış nöqtəsində fəaliyyət göstərəcək xanım satış meneceri tələb olunur.
Fəaliyyət istiqamətlərimiz:
* Modul evlərin və konteynerlərin istehsalı və satışı;
* Fərdi sifariş əsasında modul tikililərin hazırlanması;
* Mebel istehsalı və interyer həlləri.
Təlim və əməkhaqqı şərtləri:
İlk 1 ay ərzində namizəd şirkət tərəfindən təlim keçəcək. Bu müddətdə məhsullarımız, istifadə olunan materiallar, istehsal prosesi, qiymətlər və satış strategiyası haqqında ətraflı məlumat əldə edəcək. Təlim müddəti üçün əvvəlcədən razılaşdırılmış ödəniş nəzərdə tutulur.
Təlim başa çatdıqdan sonra əməkhaqqı satışdan əldə olunan faiz əsasında formalaşacaq. Uğurlu satış nəticələrindən asılı olaraq aylıq gəlirin təlim dövründəki ödənişdən 10–15 dəfə və daha çox yüksək olması mümkündür.
İş yeri: Satış nöqtəsi.
İş qrafiki və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.
Öhdəliklər
* Müştəriləri qarşılamaq və onlarla ünsiyyət qurmaq;
* Modul evlər və mebel məhsulları haqqında ətraflı məlumat vermək;
* Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun təkliflər hazırlamaq;
* Sifarişlərin qəbulunu və satış prosesini idarə etmək;
* Potensial müştərilərlə əlaqə saxlamaq.
Tələblər
* Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (hər iki dildə sərbəst danışıq mütləqdir);
* Ünsiyyət və təqdimat bacarığı;
* Məsuliyyətli, aktiv və öyrənməyə həvəsli olmaq;
* Satış sahəsinə maraq;
* İş təcrübəsi arzuolunandır, lakin məcburi deyil.
Listing source
Open the original listing© ARV Group busy.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT








