Prayk
Satış meneceri - Gəncə filialı — Satış
500 ₼

Satış meneceri - Gəncə filialı

VerifiedToday
Category
Sales
Date
Views
7
Number
№5964740

Description

Azcosmetics MMC Gəncə filialı üçün Satış meneceri axtarır! Şirkətimiz tibbi və kosmetoloji cihazların satışı, texniki servisi və təlimi sahəsində fəaliyyət göstərir. Komandamıza qoşulacaq, satış sahəsində inkişaf etmək istəyən, ünsiyyətcil, aktiv və təşəbbüskar əməkdaş axtarırıq. Vəzifə öhdəlikləri Estetik mərkəzlər, gözəllik salonları və klinikalarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi; Tibbi və kosmetoloji cihazların, xüsusilə lazer epilyasiya avadanlıqlarının təqdimatı və satışının həyata keçirilməsi; Gəncə və ətraf rayonlarda yeni potensial müştərilərin araşdırılması və müştəri bazasının genişləndirilməsi; Müştərilərlə görüşlərin keçirilməsi və məhsul təqdimatlarının təşkili; Filiala müraciət edən müştərilərin peşəkar və gülərüz qarşılanması, ətraflı məlumatlandırılması; Sosial şəbəkələrdə aktiv iştirak və reklam məzmunlarının hazırlanmasına dəstək; Kamera qarşısında məhsul təqdimatlarında və reklam çəkilişlərində iştirak; Rəqiblərin və bazarın mütəmadi təhlili, yeni satış imkanlarının araşdırılması; Satış planlarının yerinə yetirilməsi və filialın satış göstəricilərinin artırılması. Namizədə tələblər Satış sahəsində iş təcrübəsi; Güclü ünsiyyət və təqdimat bacarığı; Aktiv, təşəbbüskar və məsuliyyətli olmaq; Kamera qarşısında sərbəst danışmaq və çıxış etmək bacarığı; Sosial şəbəkələrdən aktiv istifadə etmək; Danışıqlar aparmaq və müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq bacarığı; Komanda ilə işləmək və nəticəyönümlü olmaq; Öyrənməyə və şəxsi inkişafa açıq olmaq. Üstünlük hesab olunur TikTok və Instagram platformalarında kontent hazırlamaq təcrübəsi; Video çəkilişi və məhsul reklamı sahəsində bacarıq; Kosmetologiya və lazer epilyasiya sahəsi haqqında ilkin biliklər. İş şəraiti İş yeri: Gəncə şəhəri, Azcosmetics filialı; Əməkhaqqı: 500 AZN + satışdan yüksək bonus; Peşəkar inkişaf və təlim imkanları; Korporativ komanda ilə işləmək imkanı; Nəticəyə əsaslanan əlavə qazanc imkanı. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt və nömrə vasitələri ilə göndərə bilərlər: WhatsApp: +994 50 459 26 16 Maaş: 500 AZN Son müraciət tarixi: 14.12.2026

© Azcosmetics jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp