
11
Satış məsləhətçisi

800 ₼
Satış məsləhətçisi
1 saved to favorites
AnalyzedToday
Date
Views11
Number№4830828
Description
INTUERA zərgərlik və saat butikində Satış məsləhətçisi
Namizədə tələblər:
Təqdimatlı xarici görünüş, səliqəlilik və yüksək zövq hissi;
Butiklərdə satış məsləhətçisi vəzifəsində 1 ildən artıq iş təcrübəsi (zərgərlik məmulatları, saatlar, aksesuarlar və ya premium brendlərlə iş təcrübəsinə üstünlük verilir);
Səlis nitq və yüksək ünsiyyət bacarıqları;
Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dillərini bilmək üstünlükdür);
Müştərilərlə uzunmüddətli münasibətlər qurmaq bacarığı;
Yüksək xidmət standartları və fərdi satış bacarıqları;
Məsuliyyətlilik, punktuallıq və detallara diqqət.
Əsas vəzifə öhdəlikləri:
Müştərilərə peşəkar məsləhətlərin verilməsi, zərgərlik məmulatlarının və saatların təqdim edilməsi;
Yüksək səviyyədə müştəri xidmətinin təmin edilməsi;
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsulların seçimində köməklik göstərilməsi;
Fərdi satış planının yerinə yetirilməsi;
Məhsulların vizual təqdimatı və nümayişi üzrə müəyyən edilmiş standartlara riayət olunması.
Biz nə təklif edirik:
Bakının mərkəzində yerləşən dəbli zərgərlik butikində iş imkanı;
800 AZN sabit əməkhaqqı + satış nəticələrinə əsasən bonuslar;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
Məhsul çeşidi və satış texnikaları üzrə təlimlər;
Peşəkar inkişaf imkanları;
Rahat və xoş iş mühiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 800 AZN
Son müraciət tarixi: 19.11.2026
Listing source
Open the original listing© Aral Group Baku jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT










