Prayk
Satış Rəhbəri — Satış
Negotiable

Satış Rəhbəri

AnalyzedToday
Category
Sales
Date
Views
4
Number
№4641165

Description

Yerli istehsal sektorunda fəaliyyət göstərən  karton qutu, qablaşdırma məhsullarının istehsalı üzrə ixtisaslaşan müəssisəmiz satış komandasına rəhbərlik edəcək, yeni biznes imkanları yaradacaq və satışların davamlı artımını təmin edəcək Satış rəhbəri axtarır. Bizim üçün satış yalnız məhsulun təqdimatı deyil, müştəri portfelinin genişləndirilməsi, uzunmüddətli əməkdaşlıqların qurulması və istehsal potensialının kommersiya nəticələrinə çevrilməsidir. Əsas vəzifə öhdəlikləri Müəssisənin satış strategiyasının hazırlanması və icrasının təmin edilməsi; Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin genişləndirilməsi; Qida, içki, kənd təsərrüfatı, pərakəndə ticarət və digər sahələrdə qablaşdırma məhsullarına ehtiyacı olan şirkətlərlə əməkdaşlığın qurulması; Müştəri tələblərinin, sifariş həcmlərinin və bazar imkanlarının təhlili; Qiymət təkliflərinin, kommersiya şərtlərinin və satış müqavilələrinin hazırlanması prosesinə rəhbərlik; Satış planlarının, gəlirlilik göstəricilərinin və debitor borclarının idarə olunması; Müştəri sifarişlərinin istehsal imkanları, istehsal müddətləri və çatdırılma qrafikləri ilə uzlaşdırılması; Rəqiblərin, bazar qiymətlərinin və yeni satış kanallarının mütəmadi təhlili; Satış komandasının idarə edilməsi, hədəflərin müəyyənləşdirilməsi və nəticələrin qiymətləndirilməsi; Rəhbərliyə satış nəticələri və bazarın inkişaf perspektivləri üzrə müntəzəm hesabatların təqdim edilməsi. Namizədə tələblər Ali təhsil; Satış sahəsində minimum 5 il iş təcrübəsi, bunun ən azı 2–3 ili rəhbər vəzifədə; Yerli istehsal müəssisəsində, xüsusilə qablaşdırma, karton qutu, poliqrafiya, kağız məhsulları və ya digər sənaye məhsullarının B2B satışında təcrübə üstünlük deyil, əsas seçim meyarlarından biri hesab olunur; Korporativ müştərilərlə danışıqlar aparmaq və uzunmüddətli əməkdaşlıqlar qurmaq bacarığı; Satış planlaması, qiymətqoyma, kommersiya təklifləri və gəlirlilik hesablamaları üzrə biliklər; Debitor borclarına nəzarət və satış risklərinin idarə edilməsi bacarığı; Analitik düşüncə, liderlik, nəticəyönümlülük və yüksək ünsiyyət bacarıqları; MS Excel və satış hesabatları ilə işləmək bacarığı. Uğur göstəriciləri Satış həcminin və gəlirliliyin artırılması; Yeni korporativ müştərilərin cəlb edilməsi; Mövcud müştərilərlə əməkdaşlığın davamlılığının təmin edilməsi; Satış planının yerinə yetirilməsi; Debitor borclarının və satış rentabelliyinin effektiv idarə olunması. Təklif edirik İnkişaf və yeni biznes imkanları yaratmaq üçün real səlahiyyətlər; Nəticələrə uyğun rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi; Peşəkar və dinamik iş mühiti; Müəssisənin kommersiya inkişafına birbaşa təsir göstərmək imkanı. CV-nizi “Satış rəhbəri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edin. Son müraciət tarixi: 15.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/kartpak-mmc-satis-rehberi-153870
ADVERTISEMENT