
Bakı12
Satış təmsilçisi

500 ₼
Satış təmsilçisi
Original1 months ago
Description
Şirkət haqqında:
Müasir dizaynlı mebellər və ən son texnoloji elektronika məhsullarının satışı ilə məşğul olan mağazamız üçün müştərilərə yüksək səviyyəli xidmət göstərəcək, satış komandamıza enerji qatacaq komanda yoldaşları axtarırıq.
İş şəraiti və Təminatlar:
Əmək haqqı: 500 AZN + Satışdan faiz + Bonus + Mükafat;
AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
İş qrafiki: 6 günlükiş qrafiki, həftədə 1 gün istirahət;
Məhsul və satış texnikaları üzrə peşəkar təlimlər;
Karyera yüksəlişi imkanları.
Müraciət qaydası:
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Satış Təmsilçisi" qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Whatsapp: +994 55 201 61 83
Tələblər:
Ali və ya orta-ixtisas təhsili;
Mebel və ya elektronika (məişət texnikası, mobil cihazlar və s.) satışı sahəsində minimum 1 il iş təcrübəsi (arzuolunandır);
Azərbaycan dilində mükəmməl səlis danışıq qabiliyyəti (Rus dili biliyi üstünlükdür);
Effektiv ünsiyyət, inandırma və müştəri məmnuniyyəti yönümlü işləmə bacarığı;
Komandada işləmək istəyi və öyrənməyə həvəsli olmaq;
Punktual, məsuliyyətli və stressə davamlı olmaq.
Vəzifə öhdəlikləri:
Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq və ehtiyaclarını müəyyən etmək;
Mebel və elektronika məhsulları (xüsusiyyətləri, funksiyaları, zəmanət şərtləri və s.) haqqında müştərilərə ətraflı və dürüst məlumat vermək;
Müştərinin istək və büdcəsinə uyğun məhsul seçimində köməklik göstərmək, alternativlər təklif etmək;
Satış prosesini (nağd, hissə-hissə ödəniş və ya kredit şərtləri ilə) peşəkar şəkildə idarə etmək və rəsmiləşdirmək;
Mağazadakı məhsulların səliqəsinə, vitrinlərin vizual görünüşünə və qiymət kağızlarının düzgünlüyünə nəzarət etmək;
Satış hədəflərinin yerinə yetirilməsi üçün aktiv çalışmaq.
Maaş: 500-900 AZN
Yaş: 18-35
Təhsil: Orta
İş təcrübəsi: 1 ildən aşağı
Listing source
Open the original listing© Rifah Qrup boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT






