
Bakı13
Satış təmsilçisi OTC (aptek qrupu)

700 ₼
Satış təmsilçisi OTC (aptek qrupu)
Verified2 months ago
Description
Grand Medicine MMC qida əlavələri və sağlamlıq məhsullarının apteklər üzrə satışını həyata keçirmək üçün komandamıza Satış təmsilçisi OTC (aptek qrupu) axtarır.
İşin mahiyyəti
Bu vəzifə ofis işi deyil, aktiv sahə və satış işidir.
Tibbi nümayəndəyə konkret ərazi təhkim olunur və iş gününün əsas hissəsi həmin ərazidə apteklərin gündəlik ziyarəti ilə keçirilir.
Biz nə təklif edirik?
700 AZN sabit əmək haqqı;
Satış nəticələrinə əsaslanan əlavə bonus sistemi;
Şəxsi avtomobili ilə işləyən əməkdaşlara əlavə 250 AZN yanacaq və avtomobil amortizasiya ödənişi;
Məhsul və satış üzrə təlim və rəhbərlik dəstəyi;
Müəyyən edilmiş satış ərazisi və sistemli iş planı;
Nəticə göstərən əməkdaşlar üçün əmək haqqı və karyera inkişafı imkanı;
Bazar ertəsi–Cümə: tam iş günü;
Şənbə: qısa iş günü.
Müraciət etməzdən əvvəl diqqətlə oxuyun
Bu vakansiya hər gün sahədə olmağı, aptek-aptek ziyarət etməyi, yeni insanlarla ünsiyyət qurmağı və aktiv satış etməyi tələb edir.
Ofis işi axtaran, gün ərzində sahədə işləmək istəməyən, aptekləri davamlı ziyarət etməyə hazır olmayan və satış məsuliyyəti götürmək istəməyən namizədlər üçün bu vakansiya uyğun deyil.
İşin formatı Sizə uyğun deyilsə, xahiş edirik müraciət etməyin.
Müraciət
CV-nizi e-mailin mövzu hissəsində “Satış təmsilçisi OTC (aptek qrupu)” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.
Tələblər:
Ali təhsil mütləqdir;
Azərbaycan dilində səlis danışıq bacarığı;
Aktiv, ünsiyyətcil və nəticəyönümlü olmaq;
Satış və üz-üzə ünsiyyətdən çəkinməmək;
Gün ərzində davamlı sahədə işləməyə hazır olmaq;
Planlı, məsuliyyətli və intizamlı işləmək;
Öyrənməyə və inkişaf etməyə açıq olmaq.
Tibb, əczaçılıq, biologiya, kimya və əlaqəli sahələr üzrə ali təhsil və satış təcrübəsi üstünlükdür.
Vəzifə öhdəlikləri:
Təhkim olunmuş ərazi üzrə hər gün aptekləri ziyarət etmək;
Grand Medicine məhsullarını təqdim etmək və qiymət təklifləri vermək;
Yeni apteklər tapmaq və müştəri bazasına qazandırmaq;
Aptek rəhbərləri, müdirləri və qərarverici şəxslərlə əlaqələr qurmaq;
Sifarişlər almaq və satış həyata keçirmək;
Mövcud apteklərlə davamlı işləmək və təkrar satışları artırmaq;
Gündəlik ziyarət və satış nəticələri üzrə hesabat təqdim etmək.
İş haqqında:
* Satış nəticələrinə əsasən limitsiz bonus sistemi
* Yol və nəqliyyat xərclərinin qarşılanması
* Korporativ iş mühiti
* Karyera inkişaf imkanı
* Təlim və adaptasiya dəstəyi
Maaş: 700 AZN
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Listing source
Open the original listing© GRAND MEDİCİNE MMC boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT









