Şirkətimizin komandasına biznes tərəfdaşları ilə görüşlər keçirəcək, şirkəti peşəkar səviyyədə təmsil edəcək və yeni korporativ müştərilər cəlb edəcək ünsiyyətcil, zövqlü və xoş görünüşlü Satış üzrə Nümayəndə (xanım) axtarılır.
Vəzifə Öhdəlikləri:
* Potensial korporativ müştərilərlə (B2B) əlaqələrin qurulması və təyin olunmuş görüşlərin keçirilməsi
* Şirkətin məhsul və xidmətlərini yüksək səviyyədə təqdim etmək
* Yeni müştəri bazasının formalaşdırılması və biznes əlaqələrinin inkişaf etdirilməsi
* Danışıqların aparılması, kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması
* Keçirilən görüşlər və satış nəticələri üzrə dövri hesabatların verilməsi
Tələblər:
* Korporativ ünsiyyət və danışıqlar aparmaq bacarığı
* Səliqəli, xoş, zövqlü görünüş və cəlbedici geyim
* Azərbaycan dilində səlis və aydın danışıq (Rus və ya İngilis dili biliyi arzuolunandır)
* Aktiv, inandırıcı ünsiyyət qurma qabiliyyəti
* B2B satış və ya müştəri yönümlü sahədə iş təcrübəsi (üstünlükdür, olmasa da olar)
Təkliflərimiz:
* Əməkhaqqı: Sabit maaş + Satışdan bonus (məbləğ təcrübəyə əsasən müəyyən olunur)
* İş qrafiki: I-V günlər, 08:00 – 17:00
* Rəsmi əmək müqaviləsi
* Korporativ görüşlər üçün nəqliyyat və əlaqə xərclərinin qarşılanması
Müraciət üçün: CV-nizi və cari fotonuzu [email protected] ünvanına göndərməyiniz və ya ilə əlaqə saxlamağınız xahiş olunur.