Prayk
Sənaye avadanlıqları üzrə satış meneceri — Satış
Negotiable

Sənaye avadanlıqları üzrə satış meneceri

VerifiedToday
CategorySales

№6298492·Views: 13

Description

Industrial Solutions Group MMC sənaye nasosları, kompressorlar, elektrik mühərrikləri, klapanlar və onların ehtiyat hissələrinin təchizatı ilə məşğul olan şirkətdir. Neft-qaz, kimya, metallurgiya və istehsalat sahəsində iri müəssisələrlə işləyirik. Komandamızı genişləndirmək üçün sənaye satışında təcrübəli əməkdaş axtarırıq. Vəzifə öhdəlikləri Mövcud müştərilərlə münasibətləri inkişaf etdirmək və yeni müştərilər cəlb etmək Müştəri sorğularını (RFQ) qəbul etmək, texniki tələbləri dəqiqləşdirmək və kommersiya təklifləri hazırlamaq Xarici istehsalçılar və tədarükçülərlə danışıqlar aparmaq, qiymət və texniki təkliflər almaq Tenderlərdə iştirak prosesini idarə etmək Müştəri görüşləri və şirkət təqdimatları keçirmək Satış planını yerinə yetirmək və satış hesabatlarını aparmaq Namizədə tələblər Sənaye avadanlıqlarının satışı sahəsində ən azı 3 il iş təcrübəsi Nasoslar, kompressorlar, elektrik mühərrikləri və ya digər texniki avadanlıqlar barədə yaxşı bilik Texniki göstəriciləri oxumağı və texniki sənədlərlə işləməyi bacarmaq (data sheet, texniki şərtlər) Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə bilmək Danışıqlar aparmaq və münasibət qurmaq bacarığı, nəticəyə yönəlik iş tərzi Üstünlüklər Mühəndislik diplomu Rus dilini bilmək Neft-qaz və ya sənaye müəssisələri ilə iş təcrübəsi və müştəri bazası Biz təklif edirik Sabit maaş + satışdan bonus (məbləğ müsahibə zamanı razılaşdırılır) Rəsmi əmək müqaviləsi Tanınmış beynəlxalq brendlərlə iş imkanı Peşəkar inkişaf və karyera artımı İş şəraiti İş yeri: Bakı şəhəri, Ələsgər Qayıbov küç. 10Q, STN Business Centre İş qrafiki: həftədə 5 gün, 09:00–18:00 CV-nizi "Satış meneceri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Son müraciət tarixi: 23.12.2026

© Industrial Solutions Group jobsearch.az · The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT