Prayk
Sətəm üzrə mütəxəssis — Sənaye, istehsal
Negotiable

Sətəm üzrə mütəxəssis

VerifiedToday
Date
Views
5
Number
№4534525

Description

Grand Agro Invitro MMC SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri Müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin və daxili qaydaların icrasına nəzarət etmək; İstehsalat, laboratoriya, istixana və digər iş sahələrində təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək; İş yerlərində riskləri qiymətləndirmək, təhlükələri müəyyən etmək və onların aradan qaldırılması üzrə tədbirlər hazırlamaq; İşçilər üçün ilkin, təkrar və növbədənkənar təhlükəsizlik təlimatlandırmalarını təşkil etmək, müvafiq sənədləşməni aparmaq; Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək; İstehsalatda baş verən bədbəxt hadisələrin və təhlükəli halların araşdırılmasında iştirak etmək, qabaqlayıcı tədbirlər hazırlamaq; Yanğın təhlükəsizliyi və fövqəladə hallara hazırlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək; Kimyəvi maddələrin saxlanılması, istifadəsi və utilizasiyası zamanı təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək; SƏTƏM üzrə mütəmadi yoxlamalar aparmaq, uyğunsuzluqlar barədə hesabatlar hazırlamaq; SƏTƏM sənədlərini, təlimatlandırma jurnallarını və yoxlama aktlarını hazırlamaq və aktual saxlamaq. Namizədə tələblər Ali təhsil (müvafiq sahə üzrə təhsilə üstünlük verilir); SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi; Azərbaycan Respublikasının əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi üzrə normativ tələblərini bilmək; İstehsalat, istixana və laboratoriya mühitində iş təcrübəsi üstünlükdür; Risklərin qiymətləndirilməsi və təhlükəsizlik yoxlamalarının aparılması üzrə praktiki biliklər; MS Office proqramlarında işləmək bacarığı; Məsuliyyətlilik, diqqətlilik, təşəbbüskarlıq və effektiv ünsiyyət bacarığı; SƏTƏM üzrə müvafiq sertifikatların olması üstünlükdür. Şirkət tərəfindən təklif olunur 5 günlük iş həftəsi; Peşəkar inkişaf imkanları; “20 Yanvar” və “Koroğlu” metro stansiyalarından servis xidməti; Şirkət hesabına gündəlik nahar; Əmək haqqı müsahibə əsasında müəyyən edilir. İş yeri və müraciət qaydası İş yeri: Bakı şəhəri, Türkan qəsəbəsi İş qrafiki: 5 günlük iş həftəsi Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sətəm üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 13.11.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/grand-agro-invitro-setem-uzre-mutexessis-153626
ADVERTISEMENT