Prayk
Səyahətlər üzrə Koordinator — Nəqliyyat, logistika, anbar
Negotiable

Səyahətlər üzrə Koordinator

VerifiedYesterday
Date
Views
11
Number
№4710525

Description

Əsas Vəzifə öhdəlikləri: Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bizneslərin əməkdaşlarının xarici ezamiyyətləri üzrə aviabilet, otel, transfer və viza əməliyyatlarını təşkil etmək; Aviabiletlərin bronlaşdırılması, rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması əməliyyatlarını həyata keçirmək; Ezamiyyət məqsədinə və təsdiqlənmiş büdcəyə uyğun otel və transfer xidmətlərini bronlaşdırmaq; Viza tələblərini araşdırmaq, müraciət üçün zəruri sənədləri hazırlamaq və görüşləri təyin etmək; Aviaşirkətlər, otellər və digər xidmət təminatçıları ilə koordinasiyanı təmin etmək; Səyahət zamanı yaranan dəyişiklikləri və təcili müraciətləri operativ şəkildə idarə etmək; Əsas Tələblər: Turizm və aviabilet xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi; Amadeus sistemindən istifadə üzrə bilik və praktiki təcrübə. Müvafiq peşə sertifikatlarının, o cümlədən Amadeus sertifikatının olması mütləqdir; Aviabiletlərin rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması, həmçinin tariflər və hava daşımaları qaydaları üzrə bilik və praktiki bacarıqlar; Turların seçilməsi, otel və transfer xidmətlərinin bronlaşdırılması üzrə təcrübə; Viza tələbləri və viza müraciətlərinin hazırlanması üzrə praktiki təcrübə: zəruri sənədlərin hazırlanması, anketlərin doldurulması və sənədlərin təqdim edilməsi üçün görüşlərin təyin edilməsi; Azərbaycan, ingilis və rus dillərini bilmək; MS Office proqramları ilə sərbəst işləmək bacarığı; Səlis ünsiyyət bacarığı, diqqətlilik, məsuliyyətlilik və eyni vaxtda bir neçə sifarişi idarə etmək bacarığı; Əvvəlcədən razılaşdırılmış qrafik üzrə növbətçilik etməyə hazır olmaq. İş şərtləri: İş məkanı: Azure Biznes Mərkəzi Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə İş rejimi: 5 gün (həftəiçi) Nahar: Təmin edilir Servis Xidməti Mövcuddur Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Səyahətlər üzrə Koordinator” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 16.11.2026

© Veysəloğlu Şirkətlər Qrupu jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT