Prayk

Səyyar texniki xidmət mütəxəssisi (şəxsi avtomobil ilə)

800 ₼
Verified2 months ago

№1873420·Views: 23

Description

Şirkət: “MinVolt” MMC Əməkhaqqı: 800 – 1500 AZN (Sabit maaş + bonus sistemi) İş qrafiki: Tam iş günü "MinVolt" MMC — şəhər logistikası və elektrikli mikromobillik sahəsində fəaliyyət göstərən innovativ texnologiya şirkətidir. Komandamıza şəhər daxilində batareya stansiyalarına (şkaflara) xidmət göstərəcək və avadanlıqların işləkliyini təmin edəcək Səyyar texniki xidmət mütəxəssisi axtarırıq! Biz nə təklif edirik? Yanacaq xərcləri tam olaraq şirkət tərəfindən qarşılanır. Avtomobilin amortizasiya xərcləri ödənilir. Rəsmi əmək müqaviləsi və stabil gəlir. Müraciət üçün: Maraqlanan namizədlər öz CV-lərini (və ya özləri barədə qısa məlumatı və avtomobilin modelini) aşağıdakı əlaqə vasitələrinə göndərə bilərlər: E-poçt: [email protected] Tələblər: Şəxsi avtomobilin olması mütləqdir (Minivan və ya kiçik yükdaşıma üçün uyğun olan avtomobil, məsələn: Fiat Doblo, Ford Transit Courier və s. – avtomobilə ən azı 2-3 elektrikli velosiped sərbəst yerləşməlidir). Müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və şəhər daxilində yaxşı naviqasiya bacarığı. Məsuliyyətli, diqqətli və operativ olmaq. Texniki avadanlıqlarla işləməyə meyllilik (əlavə üstünlükdür). Vəzifə öhdəlikləri: Şəhər üzrə MinVolt enerji şkaflarına (batareya stansiyalarına) mütəmadi baxış keçirmək. Ehtiyac yarandıqda şkaflardakı batareyaları yeniləri ilə əvəz etmək. Stansiyaların, təhlükəsizlik kameralarının və avadanlıqların düzgün işləməsinə nəzarət etmək. Zərurət yarandıqda nasaz elektrikli velosipedləri avtomobilə yükləyərək təmir/diaqnostika üçün şirkətin servis mərkəzinə çatdırmaq. Maaş: 800-1500 AZN Yaş: 22-45 Təhsil: Orta İş təcrübəsi: 1 ildən 3 ilə qədər

© Minvolt MMC boss.az · The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT