Prayk

Smeta üzrə aparıcı mühəndis

Negotiable
Verified3 days ago
Date
Views
5
Number
№5553351

Description

Vəzifə öhdəlikləri: Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin araşdırılması və şirkət iştirakının təmin edilməsi; Sifarişçi və potensial müştəri şirkətləri üçün ilkin kvalifikasiya sənədlərinin hazırlanması; Bazar qiymətlərinin araşdırılması və analizi; Subpodratçı bazasının yenilənməsi; Şərtlər toplusunun və layihənin sərbəst incələnməsi; Tender sənədlərinin təhlili zamanı meydana çıxan suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi; Layihə hissələrinin aidiyyatı olan departametlərə yönləndirilməsi və ayrılan zaman çərçivəsində məlumatların və qiymət təkliflərinin  tolpanması; MEP (Mühəndis sistemləri) / Fasad (Şüşə / Kompozit / Keramika) / Mebel Texniki təkliflərin hazırlanması; Administrativ təkliflərin hazırlanması; İş həcmlərinin yoxlanılması və hazırlama bacarığı; Konstruksiya / Daxili tamamlama / Landşaft / baş plan Cizgi və spesifikasiyanı oxuma bacarığı; Material siyahısının hazırlanması və satınalma departamentinə yönləndirilməsi, qiymət təkliflərinin zamanında alınması; Tikinti hissəsinə aid (dəmir beton, memarlıq, landşaft, daxili tamamlama) detallı maya vahid qiymət dəyərinin hesablanması. Hesabat zamanı – istifadə ediləcək hər bir material sərfiyyatının müəyyən edilməsi; Risklərin təyini; Tender təklifinin hazırlanması və zamanda təqdim edilməsi; Tenderdən sonra təklifin müdafiə edilməsi; FHN Resurs sistemi ilə tərtib edilən iş həcmi sisteminin anlayışı və bilikləri Tender təklif büdcəsinin formalaşdırılması və icra zamanı büdcənin müdafiəsi Tender material və xidmət alış və müqavilə planlamasının təşkili Tender cash flow və forecast hesabatlarının hazırlanması. Tələblər: Ali təhsil – mühəndis/memar (Tikinti üzrə olması üstünlükdür); Azərbaycan, İngilis və Rus dillərini bilmək Müvafiq sahədə minimum 5 il iş təcrübəsi; MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; Autocad biliyi; Sənədləşmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq və səliqədə tutmaq; Tikinti sahəsi barədə məlumatlı olmaq. Əlavə üstünlüklər və təminatlar: Rəqabətə davamlı əmək haqqı; Bonus və mükafatlandırma sistemi; Karyera yüksəlişi imkanları; Əlavə təminatlar. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 03.12.2026

© Uni Ko QSC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp