Şokolad sevənlər üçün fərqli və maraqlı bir fincan! Şamla qızdırılan bu xüsusi keramika fincanı vasitəsilə şokoladı əridə, sevimli meyvələrinizi, marshmallow və peçenyelərinizi şokolada batıraraq ləzzətli fondü hazırlaya bilərsiniz.
Komplektə daxildir:
+ 1 ədəd keramika fincanı
+ 1 ədəd çəngəli
+ 1 şam
Məhsulun üstünlükləri:
- Şokoladı əritmək və isti saxlamaq üçün nəzərdə tutulub.
- Kompakt və istifadəsi rahat dizayn.
- Keyfiyyətli keramika fincan.
- Meyvə, marshmallow, peçenye və digər şirniyyatlarla istifadə üçün uyğundur.
- İstifadə qaydası və təhlükəsizlik:
Fincanı yalnız düz, sabit və istiliyədavamlı səthdə - məsələn, taxta, metal və ya uyğun keramika səthində yerləşdirin. Plastik, kağız, süfrə və digər tezalışan materialların üzərinə qoymayın. Yanan şamı nəzarətsiz saxlamayın və istifadə zamanı uşaqlardan uzaq tutun.
Malın növü: Fincanlar