Prayk
Sosial Media üzrə mütəxəssis — Marketing, reklam, PR
Negotiable

Sosial Media üzrə mütəxəssis

AnalyzedToday
Date
Views
3
Number
№4551339

Description

İş şəraiti Şəhər: Bakı İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi) Əmək haqqı: Razılaşma əsasında Vəzifə öhdəlikləri: Şirkətin brend və məhsul kommunikasiya prioritetlərinə uyğun aylıq sosial media kontent planının hazırlanması və icrasının koordinasiyası; Rəqəmsal kanallar vasitəsilə şirkət brendi və məhsullarının hədəf auditoriyaya çatdırılmasının təmin edilməsi; Şirkətin sosial media hesablarının idarə olunması və inkişaf etdirilməsi; Şirkətin korporativ və məhsul səhifələrində aidiyyəti bölmələrin mütəmadi yenilənməsi, kontentin hazırlanması və aktuallığının təmin edilməsi; Şirkətin rəqəmsal platformalarda aktivliyinin təmin edilməsi; Post planının və paylaşım təqviminin idarə olunması, kontentin vaxtında və düzgün yayımlanmasının təmin edilməsi; Kreativ və sosial media agentlikləri ilə işin koordinasiyası, kontent üzrə briflərin hazırlanması, təqdim olunan materialların qiymətləndirilməsi və icrasına nəzarət edilməsi; İnfluenser marketinq fəaliyyətlərinin koordinasiyası, influenserlər və influenser agentlikləri ilə işin təşkili, kontent üzrə briflərin hazırlanması, əməkdaşlıqların icrasına nəzarət edilməsi və nəticələrinin izlənilməsi; Sosial media kanallarının əsas performans göstəricilərinin mütəmadi izlənilməsi və təhlili, aylıq və kampaniya əsaslı hesabatların hazırlanması; Sosial media və rəqəmsal trendlərin izlənilməsi, uyğun trendlərin şirkətin brend və məhsul kommunikasiyasına adaptasiyası üzrə təkliflərin hazırlanması; Məhsul və xidmətlərin kommunikasiyası üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak; Digər rəqəmsal marketinq fəaliyyətlərinin, o cümlədən SEO üzrə on-site işlərin icrasında iştirak edilməsi. Tələblər: Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq və ya digər əlaqəli ixtisaslar üzrə); Azərbaycan və ingilis dillərində yüksək səviyyədə danışıq və yazı bacarığı (rus dili arzuolunandır); MS Office proqramlarında sərbəst iş bacarığı; Sosial media platformaları və onların analitika alətləri ilə işləmə bacarığı; Google Analytics və Google Tag Manager üzrə biliklər; Marketinq layihələrinin idarə edilməsi üzrə təcrübə; Güclü ünsiyyət və təqdimat bacarıqları; Analitik düşüncə və problem həll etmə qabiliyyəti; Şirkətin fəaliyyət sahəsində və ya analoji məhsullarla iş təcrübəsi (üstünlükdür); DMI və ya bənzər sertifikatlar (üstünlükdür); Rəqəmsal marketinq və/və ya sosial media üzrə minimum 2 il iş təcrübəsi. CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Sosial Media üzrə mütəxəssis” vəzifəsini qeyd etməyi unutmayın. Son müraciət tarixi: 13.11.2026

© ABB-İnvest İnvestisiya Şirkəti QSC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT