
38
Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssis

Negotiable
Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssis
Verified1 weeks ago
Date
Views38
Number№5556144
Description
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssis vəzifəsi üzrə peşəkar və məsuliyyətli namizəd axtarır.
Əsas vəzifə öhdəlikləri:
Futbolda sosial layihələr və klubların sosial məsuliyyəti üzrə strategiyanın hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
Sosial və ekoloji dayanıqlılıq siyasətlərinin hazırlanmasını və formalaşdırılmasını təmin etmək;
Beynəlxalq standartlara uyğun olaraq illik dayanıqlılıq və sosial məsuliyyət hesabatlarını hazırlamaq;
Uzunmüddətli sosial layihələri planlaşdırmaq və onların həyata keçirilməsini koordinasiya etmək;
Sosial, ekoloji və məsuliyyətli idarəetmə (SƏM) dayanıqlılığı meyarları üzrə futbol klubları ilə əməkdaşlığı təşviq etmək;
SƏM dayanıqlılığı platformasının fəaliyyətinə nəzarət etmək və onun səmərəli fəaliyyətini təmin etmək;
Müvafiq meyarlar üzrə seminar və təlimlərin təşkilini həyata keçirmək;
Uşaqların hüquq və maraqlarının qorunması üzrə məsul şəxs funksiyasını yerinə yetirmək;
Struktur bölmənin fəaliyyət istiqamətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Uşaq hüquqları üzrə biliklər;
Sosial layihələrin təşkili və həyata keçirilməsi sahəsində təcrübə;
Media savadlılığı və sosial şəbəkələrdən düzgün istifadə bacarığı;
Komanda ilə işləmək və əməkdaşlıq bacarığı;
Yüksək ünsiyyət və davranış mədəniyyəti;
MS Office proqramları ilə işləmək bacarığı;
Google Meet və Microsoft Teams proqramlarından istifadə bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
B2 (Upper-Intermediate) səviyyəsində -İngilis dili biliyi ;
Yüksək səviyyədə rus dili biliyi.
İş şəraiti:
Peşəkar və inkişafyönümlü iş mühiti;
Müxtəlif sosial və ekoloji layihələrdə iştirak imkanı;
Əməkhaqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən edilir.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 03.12.2026
Listing source
Open the original listing© AFFA jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT














