
10
SPA şöbəsi üzrə qeydiyyatçı
SPA şöbəsi üzrə qeydiyyatçı
Negotiable
Verified1 weeks ago
Date
Views10
Number№3818172
Description
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
Telefon, elektron poçt və digər kanallar vasitəsilə daxil olan SPA rezervasiya müraciətlərini qəbul etmək və idarə etmək;
Qonaqlara SPA xidmətləri, prosedurlar, qiymətlər və mövcudluq barədə ətraflı məlumat vermək;
SPA rezervasiyalarını sistemə düzgün daxil etmək və dəyişiklikləri vaxtında həyata keçirmək;
Rezervasiyaların təsdiqi, ləğvi və dəyişdirilməsi ilə bağlı qonaqlara operativ məlumat vermək;
Qonaqları qarşılamaq, qeydiyyat və çıxış proseslərini həyata keçirmək;
Qonaqların xüsusi istəklərini qəbul etmək və aidiyyəti əməkdaşlara düzgün şəkildə yönləndirmək;
SPA şöbəsinin gündəlik fəaliyyəti ilə bağlı məlumatları yoxlamaq və hesabatların hazırlanmasına dəstək olmaq;
SPA və digər hotel şöbələri ilə koordinasiyalı işləmək;
Hotelin xidmət standartlarına uyğun yüksək səviyyədə qonaq məmnuniyyətini təmin etmək.
Namizədə tələblər:
SPA, Front Office, Reception və ya hotelçilik sahəsində minimum 1 il iş təcrübəsi üstünlükdür;
SPA və ya hotel rezervasiya sistemləri ilə işləmə bacarığı üstünlükdür;
Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək (rus dili biliyi üstünlükdür);
MS Office proqramlarında işləmək bacarığı;
Güclü ünsiyyət və müştəri xidmətləri bacarığı;
Diqqətli, məsuliyyətli və operativ olmaq;
Səliqəli və nəzakətli görünüş;
Komanda ilə işləmək və yüksək iş tempinə uyğunlaşmaq bacarığı.
İş şəraiti:
Rəsmi əmək müqaviləsi;
Peşəkar və dinamik kollektiv;
Karyera inkişafı imkanları;
Nahar təminatı;
Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “SPA şöbəsi üzrə qeydiyyatçı” qeyd etmələri xahiş olunur.
Son müraciət tarixi: 05.11.2026
Listing source
Open the original listing© Mercure Hotels Baku City jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
ADVERTISEMENT




